Komitə sədrindən Hacı Mir Qasım Ağa kəhrizinin bərpası üçün MÜRACİƏT

18:03 20-08-2020 | icon 512 | Cəmiyyət
Komitə sədrindən Hacı Mir Qasım Ağa kəhrizinin bərpası üçün MÜRACİƏT

İcra başçısı gərəkən addımların atılacağını bildirib

 

Bugünlərdə Milli Məclisin Mədəniyyyət Komitəsi tərəfindən Gəncə şəhərindən bir qrup ziyalının müraciəti əsasında Gəncə şəhər İcra hakimiyyətinə məktubla müraciət edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Komitənin sədri Qənirə Paşayeva bildirib.

 

Qeyd edək ki, müraciətdə Hacı Mir Qasım Ağanın 1914-cü ildə Gəncəyə çəkdirdiyi kəhrizin bərpa olunması məsələsinə baxılması xahiş edilib.

 

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, məsələ ilə bağlı Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla telefonla danışıb və başçı məsələnin araşdırıldığını, gərəkən addımların atılacağını bildirib:

 

"Hacı Mir Qasım Ağa kəhrizinin bərpasını, cənab Prezidentin 23 iyulda ölkənin su təsərrüfatının mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə keçirdiyi video-müşavirədə qaldırdığı məsələlərin həllinə bir töhfə, özünəməxsus xidmət dəyərində olduğuna inanıram.

Hörmətli Niyazi müəllimə operativ və olumlu reaksiyası üçün bir daha təşəkkürlərimi yetirirəm. Hesab edirəm, bu kəhrizin bərpası həm şəhərdə içməli su üçün, həm də bir tarixi-mədəni abidə olmaq etibarı ilə qorunması baxımından çox önəmlidir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...