Onurğa sütunun fəqərəarası disk yırtığı müalicəsinə terapevtik yanaşma

00:46 21-08-2020 | icon 2625 | Sağlamlıq
Onurğa sütunun fəqərəarası disk yırtığı müalicəsinə terapevtik yanaşma

Nərminə Abbasova: “Nəticə vermədiyi halda cərrahi müdaxiləyə ehtiyac var”

 

“Əksər hallarda yırtıq onurğa sütununun bel hissəsində rast gəlinir. Bu, onurğanın bel hissəsinin yükə ən çox məruz qaldığı zona olması ilə əlaqədardır. Yırtığı provokasiya edən amilin xarakterindən asılı olaraq yırtıq onurğa sütununun boyun və döş nahiyəsində olur”.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-a bu dəfə onurğa sütunun fəqərəarası disk yırtığı müalicəsinə terapevtik yanaşmadan danışdı.

 


Nərminə Abbasova bildirdi ki, fəqərəarası yırtıqların əmələ gəlməsinə səbəb olan əsas amillər - onurğa sütununda olan zədələr; həddindən artıq yük qaldırma, xüsusən əgər yük götürərkən insan sağa-sola dönürsə; qamətin düz olmaması, skolioz; əzələ sisteminin zəif olması; fəqərəarası disklərdə su-duz mübadiləsinin pozulması; irsi amil; qocalıq – fəqərəarası diskdə qocalma prosesi ilə bağlı diskin elastikliyinin itirilməsidir. Həkimin sözlərinə görə, artıq çəki yuxarıda göstərilən amillərin təsirini sürətləndirir.

 

 


Fəqərəarası disk yırtığının özünü hansı əlamətlərlə büruzə verməsindən də bəhs edən həkim-terapevt deyir ki, bu əlamətlər dönmə və qəfil hərəkət zamanı onurğa sütununda şiddətli ağrının yaranması; ayaq və əl barmaqlarında zəiflik, keyimə hissiyatı; beldə daimi küt ağrı, onurğa sütununun hərəkətinin məhdudlaşması; daimi baş ağrıları, başgicəllənməsi, qan təzyiqinin tez-tez dəyişməsi; ayaqlarda, arxa və ya yan hissədə, yuxarıdan başlamış dabana doğru irradiasiya edən ağrı; vegetativ sinir mənşəli narahatçılıq - qısa yaddaşın pozğunluğu, qulaqlarda cingilti, insanın mütəmadi olaraq əsəbi və agressiv olması, yuxu pozğunluqları,istəksizlik və halsızlığın müşahidə olunmasıdır:

 

“Bel-oma yırtıqları cinsi zəifliyə, diqqət çatışmazlığı sindromuna gətirir. Onurğa yırtığı zamanı xəstəliyin kliniki əlamətləri yırtığın onurğa sütununun hansı hissəsində yerləşməsindən də asılıdır. Ağır hallarda yırtıq onurğa beynini də zədələyə bilər. Bu çox ciddi bir vəziyyət və sağlamlıq üçün həyəcan təbilidir. Çünki, zədələnmiş onurğa beyni səviyyəsində ətraflarda (qol və qıçlarda) iflic, sidiyi və nəcisi saxlaya bilməmə vəziyyəti yarana bilər”.


Fəqərəarası disk yırtığının diaqnostikasından danışan N.Abbasova mövcud üsulları qeyd etdi:

 

“Həkiminiz müayinədən sonra fəqərəarası oynaqları göstərən rentgen müayinələri tələb edə bilər. Onurğanın quruluşunun daha detallı olaraq qiymətləndirilməsi üçün maqnetik rezonans müayinəsi həyata keçirilər, bənzər şəkildə detalları görmək üçün kompüterli tomoqrafiya müayinəsi və ya bir lomber mieloqramma məsləhət görülə bilər. Bu müayinələrin hər biri problemin varlığı, yeri, onurğa kanalı daralması və sinir kökünün sıxışması haqqında məlumat verir.
Fəqərəarası disk yırtığı və ya protruziyası diaqnozu qoyulduqdan sonra dərhal müalicəyə başlamaq lazımdır. Müalicənin məqsədi ağrının aradan qaldırılması, hərəkətin təmin edilməsi, itirilmiş funksiyaların bərpası, xroniki ağrı yaranmasının qarşısının alınmasıdır. Konservativ üsul özündə gündəlik yaşam fəaliyyətini düzəltmək, istirahət təşkil etməklə yanaşı medikal müalicəni birləşdirir”.

 

 

Nərminə xanım bildirdi ki, fizioterapiya iki hissəyə bölünür - Elektroterapiya və Reabilitasiya:


“ELEKTROTERAPİYA müxtəlif tibbi avadanlıqlarla gerçəkləşən müalicə üsuludur. Ağrıkəsici cərəyanlar, qısa dalğa diatermi, ultrasəs, lazer, traksion (mexaniki) müalicə üsullarından ibarətdir. Həkimin məsləhəti ilə elektroterapiya üsulu gündə 45 dəqiqə - 1 saat arasında 15-21 seans tətbiq olunur.
REABİLİTASİYA isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qayıtmaqdır. Xəstənin vəziyyətinə görə ən qısa zamanda xüsusi hərəkətlərdən ibarət proqrama başlamaq lazımdır. Müalicənin faydası ağrının azalması, əzələdə qüvvənin artması, belin üzərinə düşən mexaniki stresin azalması, bədənin fiziki vəziyyətinin yaxşılaşması, qamətin düzəldilməsi ilə nəticələnir.
HİDROTERAPİYA isə hovuz müalicəsidir. Hovuz terapiyası müalicəvi idman hərəkətlərinin su içində tətbiq olunmasıdır. Suyun fiziki xüsusiyyətləri xəstənin sağalmasında bilavasitə rol oynayır. Hidroterapiyanın müsbət cəhəti ondan ibarətdir ki, suda bədən ağırlığının təsirinin itməsi sayəsində fəqərələrə və fəqərəarası disklərə düşən yük azalır, onurğa sütunu yüngülləşir, əzələlər qrupu məşq edilərək bərkiyir.
BİOPUNKTURAya gəlincə, bu, təbii dərman maddələrinin orqanizmə parenteral yolla (iynə ilə) yeridilməsidir. Bu üsul akapunktur, nevralgiya və homotoksikologiya əsasında yaradılıb. 4-5 mm ölçüyə qədər boyun və döş fəqərəsi yırtıqları, 7-8 mm ölçüyəqədər olan bel yırtıqlarında 3 aylıq kursdan sonra yarıya qədər və daha çox azalmağa nail olunur. Bu da xəstənin günlük yaşam aktivetisini geri qaytarır və itirlmiş funksiyalar bərpa olunur.

TİBBİ MASAJ elektroterapiyadan sonra məsləhətdir, əlavə olaraq palçıqla və naftalanla müalicə, manual terapiya”.

 


Həkim-terapevt  vurğuladı ki, yuxarıda sadalanan üsullar fəqərəarası yırtıqların müalicə göstərişləridir. Həkimin sözlərinə görə, nəticə vermədiyi halda cərrahi müdaxiləyə ehtiyac var.

 


Nərminə xanım Versus.Az-ın oxucularına sağlam onurğa üçün 10 qaydanı təqdim edir:

 

SAĞLAM ONURĞA ÜÇÜN 10 QAYDA


* Sizin üçün ağır olan əşyaları qətiyyən qaldırmayın, çəkməyin və itələməyin;


* Boynunuzu, kürəyinizi, belinizi düzgün və taraz tutun;


* Uzun müddət eyni vəziyyətdə qalmayın;


* Oturduğunuz, yatdığınız və işlədiyiniz şəraiti ideal vəziyyətə gətirin;


* Hərəkətsiz qalmayın;


* İdmanla onurğa əzələlərini çalışdırın;


* Stressdən uzaq olun;


* Siqaret və alkoqol istifadə etməyin;


* Artıq çəkinizi azaldın.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova onurğa sütunun fəqərəarası disk yırtığından müalicə olmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür