Tovuzun Ağdam kəndinə qaz çəkilir

12:47 21-08-2020 | icon 968 | İqtisadiyyat
Tovuzun Ağdam kəndinə qaz çəkilir

Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayının əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd edilib ki, “Azəriqaz” İstehsalat Birliyi ölkəmizin düşmənlə təmas xəttindəki rayon və kəndlərində yaşayan insanların kommunal problemlərinin həllinə həssaslıqla yanaşır. İstər dövlət proqramları çərçivəsində, istərsə də Birliyin tədbirlər planına daxil olan təmir-tikinti prosesləri zamanı belə ərazilərdə yaşayan vətəndaşların müraciətləri daha çox diqqətdə saxlanılır.

 

Belə ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1 500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib.

 

“Azəriqaz” İB bildirir ki, bundan sonra da Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək. Məlumat üçün bildirək ki, 2020-ci ildə 20-dən çox belə ailənin müraciəti əsasında qazlaşma aparılıb, qaz xətlərinin yerinin dəyişdirilməsi işləri görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı