Qaşınma xərçəngin bu növlərinin göstəricisi ola bilər

13:01 21-08-2020 | icon 1677 | Sağlamlıq
Qaşınma xərçəngin bu növlərinin göstəricisi ola bilər

Dəridə səpkinin olub-olmamağından asılı olmayaraq, uzun müddət davam edən qaşınma zamanı həkimə müraciət etmək lazımdır.

 

Versus.az xəbər verir ki, “Journal of the American Academy of Dermatology jurnalında dərc edilən məlumatlara görə dərinin qaşınması xərçəng əlaməti ola bilər.

 

ABŞ-ın Con Hopkins Tibb Məktəbi və Münster Universitet Xəstəxanasının (Almaniya) beynəlxalq mütəxəssislər qrupu qaşınma ilə həkimlərə müraciət edən təxminən 17000 xəstənin məlumatlarını təhlil ediblər. Məlum olub ki, qaşınma olduqda, bədxassəli şişlərin inkişaf ehtimalı 6 dəfə yüksək idi.

 

Alimlərin sözlərinə əsasən, qaşınmadan əziyyət çəkən xəstələrin çoxunda qaraciyər xərçəngi aşkar edilib. Lakin öd kisəsi və ya öd yolları, qanyaratma sistemi və dəri onkologiyası da tez-tez müşahidə olunub.

 

Səpki ilə müşayiət olunan qaşınma leykemiya, sümük xərçəngi, bronxial karsinoma və çoxsaylı mioması olan xəstələr üçün xarakterik olub.

 

Tədqiqat xərçəngin, yoxsa qaşınmanın birinci yarandığını müəyyən etməyə imkan vermir. Bunun üçün əlavə araşdırma tələb olunur. Lakin müəlliflər bir şeyə əmindirlər: səpki ilə müşayiət olunmayan qaşınma, bədxassəli şişlərin diaqnozu üçün mexanizm ola bilər. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI