Səyyar notariat xidmətinə başlanıldı
Azərbaycanda vətəndaşlara səyyar notariat xidmət göstərilməsi mümkündür.
Versus.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, artıq notariat ofisləri səyyar xidmət üçün lazım olan zəruri avadanlıqlardan ibarət “notariat çantaları” ilə təmin edilib:
"Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getməsi mümkün deyilsə, onda "notariat çantası" vətəndaşın evinə gətirilə və həmin ünvanda ona səyyar xidmət göstərilə bilər. Bu çantaların elektron informasiya sisteminə birbaşa çıxışı imkanı var. Əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"