Qadınlara qarşı zorakılığı daha çox öz həyat yoldaşları törədir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilini təqdim edib.
Təhlilə əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu, 68,4% faizdir.
Həmçinin qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar.
Mütəxəssislər bildirirlər ki, sosial təcrid və karantin ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən vaxtın çatışmazlığından şikayət edən insanların indi ailələri ilə birgə olmaq üçün kifayət qədər zamanı var. Lakin digər tərəfdən ünsiyyət doyumluluğu, monotonluq insanların davranışlarına mənfi təsir göstərir.
Qeyd olunub ki, karantin zamanı birgə vaxt keçirməyə münasibəti öyrənən zaman sorğuda iştirak edənlərin 58,2 %-i karantin dövründə ailəliklə gün boyu birlikdə olmaqdan "razı” olduqlarını, 40,6%-i “qismən razı” olduqlarını, 1,2% isə “razı olmadığını ” bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"