Akademik gediş...

18:45 22-08-2020 | icon 2061 | Köşə
Akademik gediş...

“Düz eləmişik” demələri nəyə hesablanıb?

ELMAN BABAYEV

 

Cəmiyyətə nümunə olacaq adamların nümayişkəranə şəkildə qayda pozmaları, “düz eləmişik” demələri nəyə hesablanıb?

 

Azərbaycan Prezidenti İlham Əliyev dövlət üçün insanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və hazırda pandemiya dövründə həyata keçirilən siyasətin, reallaşdırılan tədbirlərin əsasında da məhz bu prinsip dayanır. Dövlət başçısı birmənalı olaraq vurğulayıb ki, kimliyindən asılı olmayaraq, karantin qaydalarını pozan, insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Və baş verənlər göstərir ki, bunun əksi mümkün deyil!

 

Bir müddət öncə “Fairmont Baku” hotelində karantin qaydaları pozulanda kimlərsə belə rəy yaratmağa çalışdılar ki, həmin şəxslər toxunulmazdı, heç bir cəza olmayacaq. Amma bu məsələ ictimailəşən kimi dərhal polis işə müdaxilə etdi, qaydaları pozanlar elə ictimaiyyətin gözü önündə cəzalandırıldı. İndi də fərqli nəsə olacağını düşünənlər yanılırlar, karantin qaydalarını pozanların cəzalandırılması başlayıb və bunun davamı mütləq olacaq...

 

İndiyə qədər baş verənlər də bunu sübuta yetirir. Belə ki, çoxlu digər misallar çəkib kimliyindən asılı olmayaraq, qaydanı pozanların cəzalandırılmasını faktlarla vurğulamaq olar. Danılmaz faktdır ki, hüquq-mühafizə orqanlarının diqqətindən yayınan, sosial şəbəkələr və mediada vətəndaşlar tərəfindən ictimailəşdirilən hansısa yas mərasimləri, şadyanalıqlar təşkil edilməsi kimi tədbirlər ictimailəşən kimi, onu təşkil edənlərə qarşı adekvat reaksiya verilir. Karantin qaydalarının kobud surətdə pozulması hallarına qarşı ölkə rəhbərinin, aidiyyəti orqanların güzəşti yaxın buraxmayan yanaşması mövcuddur.
Son hadisəyə gəldikdə isə, burada məsələnin iki diqqət çəkən məqamı var. Birincisi, hüquqi müstəvidə cəzadır və bunun həyata keçirilməsinin şahidiyik. İkincisi isə mənəvi məsuliyyətdir. Bunun isə şahidi deyilik. Toyu və ya adı “toplantı” qoyulan mərasimi təşkil edənlər, həmçinin orada iştirak edənlər mənəvi məsuliyyətlərini anlamırlarmı? Cəmiyyətə nümunə olacaq adamların belə bir həssas məqamda nümayişkəranə şəkildə qayda pozmaları, “düz eləmişik” demələri nəyə hesablanıb? Üzr istəmək və daha yumşaq mövqe tutmaq olmazdımı? Bu məsələdə üsyankar müqavimətə ehtiyac var idimi?

 

Suallar çoxdur... Amma hamının dərk etməsi vacib məsələlər var:


1. Mövcud reallığı bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. 

2. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. 

3. Hər bir şəxs mövcud reallığı, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq. 

4. Vətəndaşlar tutduğu vəzifədən asılı olmayaraq mövcud duruma adekvat davranmalıdırlar. Hər bir vətəndaş, o cümlədən akademik, millət vəkili ümumi işə öz töhfəsini verməli, qaydalara riayət etməklə nizam-intizam, məsuliyyətli davranışla örnək olmağa çalışmalıdır.

 

Bunların əksini düşünmək və ya etmək yumşaq halda desək, qanunlara meydan oxumaqdır...
Baş verənlər onu deməyə əsas verir ki, görünür kimlərsə Azərbaycan Prezidentinin ölkədə qanunun aliliyinin qarantı olmasını “unudub”. Lakin qəti dərk etmək vacibdir ki, ölkə rəhbərinin pozuntulara qarşı sərt cəza tədbirlərinin görülməsi məsələsində ciddi, geridönməz siyasi iradəsi var. Hansısa vəzifəli şəxsin bunu ayaqlaması mümkünsüzdür. Kimsə öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz davranış sərgiləyə bilməz. Belə şəxslər müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür və heç kim şübhə etməsin ki, qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

 

Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Ümumilikdə, cəmiyyət aylardır toy etməmək, yas mərasimləri təşkil etməmək kimi qadağalara uyur. Nə qədər tanıdığımız adam var ki, toy edə bilmir, ölüsünə yas mərasimi verə bilmir. Belə olan təqdirdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsini təsadüf saymaq olarmı? Haqlı olaraq bu, cəmiyyətin ciddi hiddətinə gətirib çıxarıb və qınağına məruz qalır.

 

Yada salmaq yerinə düşər ki, Azrbaycanda karantin bitməyib. Sadəcə bəzi yumşalmalar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Amma koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

 

Onu da vurğulayaq ki, koronavirusla mübarizə ümummilli məsələdir. Ona görə də, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirməməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi