"Qanunu pozana, qaydalara əməl etməyənlərə ən ciddi cəza verilməlidir və verilir"

19:03 22-08-2020 | icon 1034 | Cəmiyyət
"Qanunu pozana, qaydalara əməl etməyənlərə ən ciddi cəza verilməlidir və verilir"

Arzu Bağırova: "Azərbaycan Konstitusiyasına görə, hamı qanun qarşısında bərabərdir"

 

Pandemiya dövründə toy mərasiminin təşkil edilməsi karantin rejimi qaydalarının kobud surətdə pozulması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Əgər ölkə rəhbərliyi pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına tam əməl edirlərsə, sosial statusundan asılı olmayaraq, digər vətəndaşların da onları pozmağa haqqı yoxdur. Çünki bu, açıq-aşkar cəmiyyətə etinasızlıqdır. Azərbaycan hüquqi dövlətdir və heç kim qanundan üstün deyil. Bütün vətəndaşlar qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar.

 

Versus.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinın sədri Arzu Bağırova söyləyib.

 

Arzu Bağırova bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qoyub. Bu, ilk növbədə, insanların sağlamlığı üçündür. Çünki sıxlıq olan yerdə yoluxma ehtimalı da yüksəkdir.

 

Qeyd edilib ki, qanunun aliliyi qorunmalıdır və qanun hamı üçündür. Azərbaycan Respublikasının qanunlarının tələblərinə riayət etmək hamımızın borcudur. Qoyulan tələblərə əməl etməyənlər isə birmənalı olaraq cəzalandırılır və cəzalandırılacaqlar.

 

“Qanunu pozana, qaydalara əməl etməyənlərə ən ciddi cəza verilməlidir və verilir. Azərbaycan Konstitusiyasına görə, hamı qanun qarşısında bərabərdir”, - deyə ictimai birliyin sədri vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...