AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

15:07 11-07-2018 | icon 568 | Siyasət
AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

"Gəncədə polislərin öldürülməsi ilə nəticələnən iğtişaşları qınayır və pisləyirəm. Öldürülən polis əməkdaşlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm".

 

Versus.Az xəbər verir ki, bunu Gəncədə baş verən iğtişaşla bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib:

 

"Bu xəbər məni üzdü. Dövlətə qarşı bu tip üsyanı qəbul etmədiyimi bəyan edirəm. Heç bir ölkədə hökumət təmsilçilərinə qarşı silahlı müqavimət müsbət dəyişikliyə gətirib çıxarmayıb. Əksinə, ölkələri daha bərbad günə qoymaqla bərabər on minlərlə günahsız insanların ölümünə səbəb olub".

 

Razi Nurullayev xalqı təmkinli olmağa, qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb:

 

"Dünyanın bütün ölkələrində dövlət, hökumət təmsilçisinə zor tətbiq etmək, öldürmək bağışlanılmaz günahdır və pozuntudur. Siyasi və digər müstəvilərdə aparılan mübarizələr dinc olmalıdır. Dövlətə qarşı üsyan etmək yolverilməzdir. Hökumətlər gəlir və gedir, amma dövlət qalır. Biz dövlətimizin yıxılmasına göz yuma və seyrçi qala bilmərik. Dövlətimizi qoruyaq və imkan verməyək ki, xarici düşmən qüvvələr ölkəmizi məhvə sürükləsin".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”