Meksikada tələbə hərəkatını gülləboran etdirən prezident

14:44 25-08-2020 | icon 438 | Dünya
Meksikada tələbə hərəkatını gülləboran etdirən prezident

Onun adı Meksika tarixinə etirazçı tələbələrin üzərinə ordu yeridən prezident kimi düşüb. 2 oktyabr 1968-ci ildə paytaxt Mexikoda baş verən bu hadisə meksikalıların yaddaşına “Tlatelolko qırğını” kimi həkk olunub. Prezident Dias Ordas Qustavonun əmri ilə ordu məhz paytaxtın Tlatelolko rayonundakı meydanda dinc etirazçılara qarşı silah işlədib.

 

Dias Ordas Qustavo 1911-ci ildə Meksikanın Puebla ştatının Syudad-Serdan şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Puebla Universitetinin hüquq fakültəsini bitirib. Fərqlənmə diplomu ilə universitetdən məzun olan Qustavo əvvəlcə Pueblo ştatının Ali Məhkəməsində hakim, sonra isə məhkəmənin sədri vəzifəsində çalışıb. O, bir müddət məhkəmə sistemində işləyəndən sonra elmi-pedaqoji fəaliyyətlə məşğul olub, təhsil aldığı universitetin prorektoru vəzifəsində işləyib.
Qustavo hansı sahədə işləməsindən asılı olmayaraq, ölkənin siyasi proseslərində fəallıq nümayiş etdirib, ictimai-siyasi fəal kimi tanınıb. Məhz bu fəallığı onu zaman-zaman hökumət və dövlət qurumlarına istiqamətləndirib. 1940-cı ildə Puebla ştatının katibi vəzifəsinə sahib olan gələcək prezident 1943-cü ildə Milli Konqresə deputat seçilib.

No description available.

1952-ci ildən Qustavo Meksikanın Daxili İşlər Nazirliyində işləməyə başlayıb. O, altı il ərzində bu qurumda bir neçə yüksək vəzifədə fəaliyyət göstərib, 1958-ci ildə isə daxili işlər naziri təyin edilib. Bu illər ərzində Qustavo istər əhali, istərsə də dövlət məmurları arasında ciddi siyasi imic formalaşdırmağa nail olub.

1964-cü ildə Meksikada keçirilən növbəti prezident seçkilərində İnqilabi İnstitut Partiyası tərəfindən Qustavonun prezidentliyə namizədliyi irəli sürülüb və həmin ilin oktybrın 8-də o, seçkilərdə qələbə qazanaraq Meksika prezidenti seçilib.
Qustavo prezidentliyinin ilk ilindən avtoritar rejimi, sərtliyi, gözlənilməz qərarları ilə fərqlənib. Ölkə vətəndaşlarının hər hansı bir məsələyə açıq tənqidi münasibəti prezidenti kəskin qıcıqlandırıb. Belə şəxslər dərhal işdən azad olunublar. Məhz həmin ərəfədə həkimlər, müəllimlər, dəmiryolçular kütləvi şəkildə işlərini itiriblər. Ümumiyyətlə, güzəştə getmək Qustavonun xarakterinə yad olub.

Oustavonun prezidentlik dövrü həm də Meksikada ilk dəfə Yay Olimpiya Oyunlarının keçirilməsi ilə yadda qalıb. Latın Amerikasında ilk dəfə olimpiya oyunları 1968-ci ildə (12-27 oktyabr) məhz Meksikada keçirilib. Qeyd edək ki, Latın Amerikasında ikinci dəfə olimpiya oyunları 48 illik fasilədən sonra, 2016-cı ildə Braziliyada bş tutub.

No description available.

Meksika paytaxtında qanlı qarşıdurma da elə olimpiya oyunlarına on gün qalmış, oktyabrın 2-də baş verib. Meksika hakimiyyəti olimpiya oyunlarına ciddi hazırlıq işləri görüb. Mötəbər idman tədbirinin ilk dəfə Latın Amerikası ölkələri arasınada Meksikada keçirilməsi Meksika üçün əlamətdar hadisə sayılıb. Olimpiya oyunlarına Meksika hökuməti 150 milyon dollar vəsait ayırıb. Bu məbləğ mövcud dövrdə, əhalinin sosial-maddi vəziyyətinin qənaətbəxş olmadığı bir vaxtda böyük məbləğ sayılıb. Hələ oyunlara iki-üç ay qalmış hökumətin bu qədər vəsaitin ayırması ilə bağlı ara-sıra etirazlar eşidilib.

No description available.

Düzdür, 1968-ci ilin yay aylarında Mexikoda Meksika Milli Universitetinin tələbələrinin başladığı etiraz aksiyalarında əvvəlcə universitetitin tam muxtariyyəti, tələbələrin sosial rifahının yaxşılaşdırılması ilə bağlı fikirlər səsləndirilsə də, sonralar “bizə olimpiya oyunları yox, inqilab lazımdır” kimi şüarlar da eşidilməyə başlanıb. 

Tələbələr qruplara ayrılaraq ictimai nəqliyyat vasitələrində, ticarət obyektlərində, təhsil ocaqlarında vərəqələr paylayıblar. Yerli hüquq-mühafizə orqanları onların bir neçəsini həbs edib. Həbslərin sayı artıqca, etirazçıların da sayı artıb. Digər ali təhsil ocaqlarının tələbələri də aksiyalara qoşulub.

No description available.

Oktyabrın 2-də axşam saatlarında Mexikonun Tlatelolko rayonundakı meydana ayrı-ayrı istiqamətlərdən tələbə axını başlayıb. Əvvəlcə meydana təxminən 5 min nəfər toplaşıb, daha sonra onların sayı 10 mini ötüb, gecə saatlarında isə bu rəqəm 45-50 minə çatıb. Xəbərdarlıqlara baxmayaraq aksiya iştirikçalırı meydanı tərk etməyiblər. Səhər saat 6.30-da meydanın ətrafında 5 min hərbçi və çoxsaylı zirehli hərbi texnikalar görünüb. Etirazçılar arasında kimsə tapançadan havaya atəş açıb. Sonralar məlum olub ki, həmin şəxs etirazçılardan olmayıb. Bu atəş ona görə qəsdən açılıb ki, ordu silahları işə salsın.

No description available.

Prezident Qustavonun göstərişi ilə nümayişin dağıdılması üçün hərbçilər etirazçılara silahlı müqavimət göstəriblər.
Qarşıdurma zamanı neçə nəfərin həlak olması haqqında dəqiq məlumat verilməyib. Amma ayrı-ayrı mənbələr təxminən 250-300 nəfərin qarşıdurma zamanı öldüyünü qeyd ediblər. Bəzi mənbələrdə isə bu rəqəmin 1000 nəfər olduğu bildirilib.
Beləliklə, Qustavo nümayişi dağıtmaq üçün ən qəddar addımlar atıb və 10 gündən sonra ciddi polis nəzarəti altında olan Mexikoda olimpiya oyunları insidentsiz keçib.

Təbii ki, bu hadisə Qustavonun siyasi imicinə ciddi zərbə vurub və o, növbəti prezident seçkilərinə qatılmağı mənasız sayıb.
Prezidentlik müddəti başa çatdıqdan sonra Qustavo uzun müddət kütlələr arasında görünməyib, özünü cəmiyyətdən təcrid edərək üzə çıxmayıb. Nəhayət, 1977-ci ildə sabiq prezidenti 36 illik fasilədən sonra diplomatik əlaqələrin bərpa olunduğu İspaniyaya səfir təyin ediblər. Qustavo bu vəzifədə uzun müddət işləyə bilməyib. İstər Meksika, istərsə də İspaniya mətbuatının daim hədəfində olan sabiq prezidentə hər dəfə 1968-ci il hadisələri ilə bağlı sual veriləndə, Qustavo cavablardan yayınmaqdan və ictimai qınaqdan yorulub. Bir neçə aydan sonra o, könüllü olaraq səfir vəzifəsindən istefa verib.

No description available.

Dias Ordas Qustavo 1979-cu ildə, 68 yaşında Mexikoda xərçəng xəstəliyindən vəfat edib.

1968-ci il hadisələri uzun illər Meksikada ən mübahisəli mövzulardan biri olub. Dəyişən hakimiyyətlər bu hadisələrə fərqli münasibətlər bildiriblər. Fikirlərin fərqli olmasına baxmayaraq, bu mövzuda söhbət düşəndə Qustavonun adı heç vaxt müsbət hallanmayıb.

Qeyd edək ki, 1968-ci il hadisələrinin 40 illiyində, 2008-ci ildə Meksika hakimiyyəti hadisənin baş verdiyi günü, 2 oktyabr tarixini rəsmiləşdirərək ölkədə milli matəm günü elan ediblər./Müsavat.com/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin