Aktyor arvadının kosmetikasından istifadə edir
Dünyaca məşhur dizayner Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhem ilə bağlı maraqlı etiraf edib.
Versus.az xəbər verir ki, Viktoriya ərinin onun hazırladığı kosmetik vasitələrdən istifadə etdiyini bildirib.
"Yeni məhsulları satışa çıxarmazdan əvvəl ərimin üzərində test edirik. Bu, Devidin də xoşuna gəlir. O, mənim kosmetik markam üçün ən yaxşı modeldir. Pudra və kölgələrdən əlavə, cavanlaşdırıcı serumu da çox bəyənir. Bir saat əvvəl də mənə yazmışdı ki, "Serumum bitir". Ona yenisini göndərəcəyəm",-deyə Viktoriya sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Devid dodaq balzamı və nəmləndirici kremdən istifadə etdiyini 2018-ci ildə etiraf edib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"