Telefonla danışarkən ayı hücum edib parçaladı - FOTO

07:10 27-08-2020 | icon 530 | Maraqlı
Telefonla danışarkən ayı hücum edib parçaladı - FOTO

Atası ilə telefonla danışan qadın ayının hücumuna məruz qalıb. Vəhşi heyvan onu parçalayıb.

 

CTV News-un məlumatına görə, dəhşətli hadisə Kanadanın Saskaçevan əyalətində baş verib.

 

Məlumata görə, 44 yaşlı Stefani Blez, həyat yoldaşı Kertis və övladları – doqquz yaşlı Eli, iki yaşlı Uma ilə gölün sahilində, meşədə, ailələrinə məxsus evdə dincəlirmişlər.

 

Stefaninin atasının sözlərinə görə, vəhşi heyvan hücum etməzdən əvvəl qızı atasına peyk telefonu ilə zəng edib və xarab olmuş nasosdan şikayət edib.

 

“Oğlu Eli onun yanında idi. O, uşağı peyk telefonu üçün antenanın dalınca yolladı ki, dalğa daha yaxşı tutsun. Bir neçə saniyədən sonra telefondan qəribə səslər gəldi və Stefani daha cavab vermədi”, - deyə yaşlı kişi bildirib.

 

Bir müddət sonra Stefaninin əri qayınatasına zəng edərək, qızının ayının hücumuna məruz qaldığını deyib. Kertisin sözlərinə görə, heyvanın gözünə bibər qazı balonundan püskürüb və iki dəfə atəş atıb. Yırtıcı öləndən sonra o, arvadının yanına qaçıb və xilas etməyə çalışıb. Lakin qadın həmin vaxt artıq ölmüş olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı