Azərbaycanlı deputatın “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində

12:48 27-08-2020 | icon 1043 | Ədəbiyyat
Azərbaycanlı deputatın “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində

Milli Məclisinin deputatı Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” fundamental kitabı özbək dilinə tərcümə olunub.

 

Versus.Az xəbər verir ki, kitabı xalqımızın yaxın dostu, jurnalist və politoloq Rüstəm Cabbadov tərcümə edib.

 

2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus və macar dillərində işıq üzü görüb. Kitabda türk xalqlarının şanlı tarixi ilə yanaşı, bu günümüzdəki problemləri də əks etdirilir.

 

“Türk Dövlətləri Birliyi” kitabı 2013-cü ildə Bakıda çap edilib. Daşkənd tərcüməsi üzərində iş gedərkən müəllif 2020-ci ilə qədər türk dövlətlərinin ictimai-siyasi və mədəni həyatında baş verən hadisələri də topluya daxil edib.

 

Toplu “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” adlı fəsillərdən ibarətdir.

 

Kitabın bu ilin sonunadək Daşkənddə nəfis şəkildə çap edilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...