Məni Autizmli doğan ANAm, İNSANLIĞI OYAT!..

14:49 27-08-2020 | icon 4048 | Cəmiyyət
Məni Autizmli doğan ANAm, İNSANLIĞI OYAT!..

AUTİSTLƏRi sevin, yaşadın ki, CƏMİYYƏT gözəlləşsin

 

Bu təbrik yazısı bu gün doğum günü olan Məryəm və İslamın timsalında autizmdən əziyyət çəkən bütün körpələrə ithaf olunur və cəmiyyətə mesaj verir.

 

Dünyaya RUH verən insanın HƏYAT modeli yeni doğulan körpələrin simasında yaranır. O, doğulur və dünyaya, insanlığa, cəmiyyətə özünün ən böyük kimliyini - portretini HƏDİYYƏ edir. Bu Portret ya qəh-qəhə, sevinc, xoşbəxtlik saçan arzuların rəngi olur, ya da ürkək, susqun baxışları ilə kainatda özünə başqa bir dünya yaradan BOZ TABLO. Bu TABLOnun rəngini isə dəyişmək olar. Çünki onun daxilində mələk üzlü Məryəmlər gizlənir... Bu TABLO qorxaraq dünyaya gələn, hamıdan, hər şeydən uzaq, qorxu hissi ilə boz rəngə boyanıb duran, xüsusi diqqətə, sevgi və nəvazişə ehtiyacı olan AUTİST doğulan insanların dünyasıdır...

 

Öz gəlişləri ilə dünyanı düşündürən, ayılıb silkələnməsini istəyən bu insan susqunluğunun gətirdiyi sirr nədir? Məlum olur ki, əslində Autizm nə qədər qəribə olsa da, cəmiyyəti, insanları birləşdirməyə vadar edən bir nəsnədir. Yaradan, ANA öz bətnindəki Övladını Günəş kimi doğursa da, onun həyatını qaraldan AUTİZMİ də “hədiyyə” alır. Cəmiyyəti, insanlığı insan olmağa öyrətmək üçün O, özü ağır bir missiyanı daşıyır... İnsanlığı insanlara diqqət və sevgi ilə yanaşmağa səsləyir. Amma cəmiyyət AUTİZMLİ insanların taleyi ilə nə dərəcədə maraqlana bilir.

 

Cəmiyyətin ONLARDAN xəbəri varmı və onları anlayıb, dərdləri ilə bölüşmək, öz sıralarına cəlb etmək üçün nə edirlər?! Autist uşaqların etdiyi narazılıqlar deyir ki, kasıb ailələr övladlarına yardım edə bilmirlər və heç nə edə bilmədikcə, “AUTİST”lərin ünvanları yerlərini dəyişir. Və beləcə, Cəmiyyət özü  insanına laqeydliyi fonunda Autistləşir.

 

Avqustun 26-da bir Mələk adlı qız dünyaya gəldi. Anasına, dövlətinə öz ürkəkliyi, susqunluğu ilə səslənir, “məni yaşat ANAm, Dövlətim”, deyir. Solğun baxışları, səssizliyi, bəzən üsyankar qışqırığı, bəzən də səbəbsiz göz yaşları ilə...

 

O körpələrin gözləri danışır: Elə et ki, Mən də yaşayım, Elə et ki, insanlar məni sevsin, mən də sevim, məni tanısınlar, məni mən olaraq qorusunlər... Deyir ki, Autizmli, o qəribəlik halı ilə dünyaya gətirdiyin o qıza, o oğlana Cəmiyyət içində yaşamağı öyrət. İnsanlara de ki, Onlar da xöşbəxt olmaq, oxumaq, oynamaq, yaşamaq istəyir. De ki, qoy dünya bizi eşitsin. Səssisliyi, qorxaqlığı, zəifliyi ilə Qışqırır ki, Məni Autizmli doğan ANA, İNSANLIĞI da OYAT!..

 

Avqustun 28-də daha bir körpə dünyaya gəlib, İslam... Və beləcə neçə-necə belə oğul və qızlar, Məryəmlər, Aydınlar doğulub, Autizmlə... Bu gəlişləri ilə dünyaları gözəlləşir ANAların. Amma, bu biganə, laqeyd cəmiyyətdə öz kölgəsi ilə qalan, özünə qapanan bu oğulu dinib-danışdıran dərdinə, halına yananlar tapılacaqmı. Tapılacaq əlbət.

İslam da ANAsına hədiyyə etdiyi, cəmiyyətdən aldığı bu sindromlu həyatını səssizlikdən çıxarmaq üçün deyir: “Məni Autizmli doğan ANA, İnsanlığı da Oyat! Dedikcə, yer silkələnir və həqiqət, ədalət öz yerini axtarır...

 

Lakin Görünən odur ki, O körpələrin çoxu istənilən qayğını hələ də ala bilmirlər. Onu doğan ANA cəmiyyətin diqətini öz övladlarını yaşatmasına çağırır və onları AUTİSTin tilsimindən qurtarmaq üçün Cəmiyyətin başbilənlərinə səslənir. Bu, tək bir ananın edəcəyi, öhtəsindən gələcəyi iş deyil axı... O, bu ağır yükü təkcə çəkə bilməz, cənablar! Pullu dayılar, əmilər o susqun, küskün, köməyə ehtiyacı olan idarələr, körpələri görmür, eşitmirlər. Ona görə də bu gün bütün Autist ailə cəmiyyətlərinin autist balaları hər biri qışqıraraq deyir: Məni Autizmli doğan ANA, CƏMİYYƏT İnsanlığı da Oyat!.. Məni Autizmli qəbul edən CƏMİYYƏT, İnsanlığı YAŞAT!

 

Bunun üçün dövlət orqanlarında qurulan bütün qapılar döyülməlidir, Şirkətlər, İcra hakimiyyətləri, Milli Məclis, Nazirlər Kabineti bu uşaqların İMDAD harayından nəhayət ki, irpənməli, ONLARIn da ay üzlərinə günəş doğmalıdır!

 

Qoy sevinsin İslam, Məryəm kimi körpələr və sevinclə qışqırıb “SƏN MƏNİMlə AUTİZMİ doğdun, bir də yaşamağı öyrətdin! Əziz Anam, mən sənə Autizmi, sən mənə Həyatı verdin, güclü olmağı öyrətdin! Doğum günümdə sənə hədiyyəm xoşbəxtliyim olsun!..

 

Yalnız qüsurlu cəmiyyət məhdudiyyətləri qüsur kimi təqdim edir

 

Vətəndaşın düşüncə azadlığı, hər bir fərdin probleminə ədalətlə düzgün yanaşması, insanı sevib qoruması, cəmiyyətin özünü dərki, gələcək inkişafının portretidir. Kasmetik gözəlləşən, lakin daxili xəstəliyini, qüsurlarını ört-basdır edən cəmiyyətin sağlam təbii inkişafı mümkün deyil və bu, özünü onun real həyatdan uzaqlaşma, özünəqapanma və çərçivələrlə buxovlanmış təzahürlərini büruzə verir. Bu hal insanın cəmiyyətdə azad, sivil, mədəni, psixoloji hazırlıqlı, yardımlaşmağa meyilli olan insan faktorunu sıxışdıraraq sıradan çıxarır. Eyni zamanda öz hüquqlarını tanımayan, özünü müdafiə etmək əzmini itirmiş əlamətləri ilə cəmiyyətin “autizm” keyfiyətlərini formalaşdırmış olur. Bu, autizmli doğulan bir körpənin ailədə daim diqqətdə saxlanması, nizama cəlb olunması, davranışlarına nəzarət edərək yardımlaşma, hümanist münasibətlər əsasında aktiv həyat fəaliyyətin bərpasına bənzəyir. Cəmiyyət o zaman azad və xoşbəxt, sağlam olacaq ki, məhdudiyyətləri ilə seçilən insanlara qayğı və diqqətini artıracaq. Ailə məhdudiyyətli doğulan övladına görə özü psixoloji olaraq xəstə düşməyəcək, cəmiyyətin ona olan isti münasibəti, ona övladının başqalarından fərqləndiyini hiss etdirməyəcək.

 

Cəmiyyətdə ictimai, sosial-prixoloji münasibətlər sisteminin düzgün qurulmasında əsas faktor olan vətəndaşın və vətəndaş cəmiyyətləri institutlarının üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətin inkişafı həm də fiziki, sosial məhdudiyyəti olan insanların reablitasiyası  və cəmiyyətə adaptasiyasının düzgün təşkili ilə təzahür olunur. “Sağlam cəmiyyət quruculuğu” deyəndə məsələyə  birmənalı fiziki bədən sağlamlığı prinsipi ilə deyil, aydın təfəkkürün diskurs yanaşması ilə baxılmalıdır.

 

Bütövlükdə isə məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası prosesində mədəni tədbirlər görülmədikcə, bu öz insanına dəyərsiz yanaşan qeyri-demokratik cəmiyyət modelini oraya çıxarır. Çünki yalnız qüsurlu cəmiyyət məhdudiyyətləri qüsur kimi görür, təqdim edir.

 

Bu gün vətəndaş, vətəndaş institutları autizm sindromlu fərdlərin cəmiyyətə adaptasiya olunması, qorunması üçün nə dərəcədə ciddi addımlar atmaq imkanına sahibdir? Bütövlükdə ayrı-ayrı qurumların bu işə cəlb olunmasında cəmiyyətin aparıcı güclərinin, imkanlı şəxslərinin, dövlət, millət, xalq olaraq hansı həmrəyliyi müşahidə olunur?

 

İnsanda yaranan sosial-psixoloji məhdudiyyətlərin mənfi təsiri hər şeydən əvvəl cəmiyyətin özünün formalaşdırdığı diqqət və qayğı sayəsində azala, yaxud, müəyyən məqamlarda yumşaldıla bilər. Hər bir insanın cəmiyyət üçün bir yararlılıq əmsalı var: varlığı və fəaliyyəti ilə...

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

Şəhadətin mübarək, ŞƏHİDİM

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb