"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

09:03 17-07-2018 | icon 145 | Siyasət
"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

Versus.Az AXCP sədri Razi Nurullayevin ölkədə baş verən son hadisələrlə bağlı AzEuroNews.com-a müsahibəsini təqdim edir.

 

– Razi bəy, ordan başlayaq ki, növbədənkənar prezident seçkilərinin təyin olunmasını həm oktyabrda gözlənilən xarici təhlükələrlə, həm Cümhuriyyətin 100 illiyində keçiriləcək tədbirlərlə bağlayırdılar. Mingəçevir və Gəncə olayları həmin gözlənilən erkən xarici təhdidlərdirmi?

 

–  Təbii ki, bunun səbəb və detallarını hakimiyyət daha yaxşı bilir. Əgər belə ideya ortaya atılıbsa, deməli iqtidar və gizli orqanları məlumatlı olublar. Seçkilər artıq keçmişdir. Amma xarici təhlükələrin göründüyü özünü doğruldur.

Sadəcə, bu hadisələri təkcə xarici faktla bağlamaq lazım deyil. Ölkədə vəzifəlilər şəxslərdən narazılıq var, vətəndaşların aşağılanması, kütləvi şəkildə hüquqlarının pozulması var. İnsanlar haqlı ikən haqsız vəziyyətə salınırlar, hüquqlarını bərpa edə bilmirlər.

Bu sosial narazılıqdan istifadə edib, prosesləri müxtəlif məcraya yönəldənlər həmişə olub və olacaq. Müxtəlif qruplar və ekstremist qüvvələr məmurların kobud davranışı, vətəndaşlara biganəliyi reallığından istifadə edirlər.

Onu da əlavə edim ki, İlham Əliyevin hakimiyyətdən getməsinə çalışılır. Bunu müxalifətlə bağlamaq olmaz. Müxalifət sivil yol tərəfdarıdır, bir siyasi qüvvənin iqtidarı digər siyasi qüvvəyə ötürməsi mövqeyindədir.

Amma görünən odur ki, kifayət qədər imkanlı şəxslər və xaricdən narazılığı özünə tərəf yönəldən qüvvələr var.

Onlar İlham Əliyevin hakimiyyətdən getməsi üçün heç bir metoddan iyrənməyəcəklər: istərsə silah, istərsə ölüm faktı olsun, buna gedəcəklər.

Amma İlham Əliyevin bu proseslərə qarşı siyasəti adekvat deyil. Onun vəzifələrə təyin etdiyi bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər.

Prezidentin məmurları cəzalandırma mexanizmi xalqı qane etmir. Xalq bu məsələlərdə prezidentin humanist yanaşmasından narazılıq edir.

 

 Hesab edirsiniz ki, xarici dairələr İlham Əliyevin hakimiyyətdən getməsi üçün çalışır?

 

–  Bu, hadisələrin bir hissəsidir. Amma ona meşədən çıxmış insan davranışları, görməmişliyi, özbaşınalığı ilə rəvac verən, münbit şərait yaradan yüksək və aşağı çinli məmurlar var.

 

–  Xarici təhlükənin səmti barədə təxmini təsbitləriniz varmı? Yəni, buranı Qərb, Rusiya yoxsa İran qarışdırmaq istəyir…

 

Aydın məsələdir ki, hər bir ölkənin öz milli maraqlar var. Rusiya öz maraqları çərçivəsində hərəkət edir və Azərbaycanı təsir orbitində saxlamağa çalışır.

İran müsəlman birliyi adı altında Qərbə qarşı dəstək almaq üçün ölkəmizlə mehribanlıq yaratmağa çalışır. Qardaş Türkiyənin də maraqları Rusiyadan az deyil.

Avropa Birliyinin öz siyasi və enerji maraqları var. ABŞ isə Azərbaycana müsəlman ölkəsi kimi baxır və hətta Ərdoğanın arabir Vaşinqtona dirsək göstərməsi“Ağ ev”in Bakıya baxış rakursunu dəyişir.

Bütün bunlar şəxsi təhlillərimdir. Xüsusi xidmət orqanı əməkdaşı deyiləm ki, səhih informasiyalara malik olum. Lakin hakimiyyətin gizli təşkilatları, topxanası var, daha geniş informasiyaya malikdirlər.

 

–  Əgər doğurdan da xarici təhdidlər varsa, hakimiyyətin siyasətində nələr Rusiyanı, Qərbi, ümumən dünyanı qane etmir?

 

– Birincisi, Dağlıq Qarabağ münaqişəsini unutmaq olmaz. Hakimiyyət münaqişənin həllində kompromissiz mövqe sərgiləyir. Bu da ATƏT–in həmsədr ölkələrini və erməni lobbisini qane etmir.

Ermənilərin Fransa, İngiltərədə güclü lobbiləri var. Hətta ATƏT, BMT çərçivəsində Azərbaycana qarşı ikili standartların təşkilinə imkan verə bilirlər. Bu, erməni lobbisinin 100 il ərzində formalaşmış işidir.

İkincisi, hakimiyyət balanslaşdırılmış xarici siyasət yürüdür. İran istəyir ki, Bakı onun yanında olsun, İsraillə əməkdaşlığı dayandırsın, bir müsəlman ölkəsi kimi ABŞ tərəfdən sanksiyaları pisləsin.

Türkiyə isə hesab edir ki, Ankaranın antiterror əməliyyatlarında Azərbaycanla birgə hərəkət etsinlər. Azərbaycan bunu edir, amma bəzən müəyyən ölkələrlə problemdən qaçmaq üçün diplomatik siyasət yürüdür.

Eləcə də Türkiyə 2009 ilində Surixdə protokollara qol çəkib,Ermənistanla sərhədləri açmağa hazırlaşırdı, həm bizim, həm qardaş ölkə xalqından olan etirazlar Ankaranı geri çəkməyə məcbur etdi.

Rusiyaya gəlincə, Bakı ona qarşı sanksiyalara qoşulmur, dost kimi hərəkət edir. Amma Azərbaycanın Rusiyadan enerji asılılığı azalır.

Artıq neft– qaz Gürcüstanla Türkiyə üzərindən ixrac edilir. Bu da Moskvanı qıcıqlandırır, Bakını sıxışdırmaq üçün təzyiq mexanizmi üzərində işləyirlər. Hətta başqa qüvvə iqtidara gəlsə belə, yenə xarici qüvvələrlə mübariz aparmalıdır.

Onlar Azərbaycanda münaqişə ocaqları yarada bilərlər və əsasları da qoyulub.Allah eləməsin, çevriliş baş versə, ölkə məhv olar. Odur ki, bu halda iqtidarla müxalifət birliyi olmalıdır. Biz buna hazırıq.

Amma hakimiyyətin içində olan və xalqa mənəvi terror edən məmurları dayandırsınlar, prezident onlara sərt mövqe sərgiləsin. Xalq gözləyirdi ki, müşavirədə bir neçə nazir işdən qovulacaq, sonra həbs ediləcək.

 

–  Bu təhlillərinizdən çıxan nəticəni belə qiymətləndirmək olarmı ki, İran və Rusiyanı qane etməyən məsələlər var və bu üzdən Gəncə hadisələri baş verib?

 

–  Heç bir məsələni gözardı etmək olmaz. Amma deməliyəm ki, bu hadisələrin baş verməsində sərbəst inkişafı yerli məmurlar yaradıb.

O şəraiti yaratmasalar, həmin olaylar baş verməzdi. Mikrob zəif bir yeri tapır, sonra orqanı, axırda bədəni sıradan çıxarır. Bu mikroblar Bakıda və bölgələrdə var.

Həmin məmur mikroblardırlar. Əvvəlcə orqanda çürüntü yaranır və zəif halqa olur, sonra bütün mikroblar hücuma keçirlər. Məsələyə bu kontekstdən yanaşmağın tərəfindəyəm.

 

–  Gözəntiləriniz nədir, ayrı regionlarda da Gəncədəki kimi növbəti hadisələr ola bilərmi?

 

–  Hakimiyyətin kifayət qədər hərbi və polis gücü var. İnanmıram ki,bu təxribatların geniş vüsət almasına və çərçivədən çıxmasına imkan verilsin. Hakimiyyət bu işdə amansızdır.

Amma ölkədə sosial və iqtisadi inkişaf istiqamətində ciddi addımlar atılmasa, korrupsiya və rüşvətin aradan qaldırılması üçün həm administrativ, həm instutsional işlər görülməsə, bu hadisələr qarşısıalınmaz prsoseslər yarada bilər.

O mikroblardan xaricdəki qüvvələrin istifadəsinə imkan verilməməlidir. Hakimiyyət sadaladığımız məsələlərdə qətiyyətli olmasa, mən gedişatda işıqlı nəsə görmürəm.

  Amma hökumət bunu sosial zülmlə əlaqələdirmir, radikal dini ekstremizm motivlərinə bağlayır…

 

– Hakimiyyət istəmir ki, hadisələrin sosial narazılıqdan doğduğunu açıqlasın çünki, sosial vəziyyət ağırdı. Əlbəttə ki, burda məmur özbaşınalığı da var, dini radikallıq da…

Əgər hakimiyyət sosial vəziyyətin ağırlığını boynuna alsa, insanlar ruhlanıb hökumətin üstünə tələblə gedə bilərlər.

Təbii ki, digər məsələlər də var və bütün bunlar toplanır, günün birində partlayış olur. Bir maddə ilə partlayış olmur ki?!

Bir partlayış üçün bir neçə element yaradılır. Ona görə hadisələrdə katalizator rolunu oynayan elementlər də var.

 

 Sizcə axtarışda olan birinin gömrükdən rahat keçib Gəncəyə gəlib icra başçısını güllələməsi,polislərin qarşısında iki zabitin rahatlıqla qətlə yetirilib qaçmalarında bir boşluq buraxılıbmı? Çünki müxalifət mitinq edəndə hər yer nəzarətə götürülür…

 

– Mən polisin işində boşluq görmürəm. Nəzərə almaq lazımdır ki, Fransa, Belçika, Amerikanın mərkəzində terror olub. Hər insanı yoxlamaq olmur.

Kim özünü şübhəli aparır, onu yoxlayırlar. Xüsusi kurs keçmiş belə şəxslər isə özlərini rahat aparır, ölümdən çəkinmirlər. Eyni zamanda Azərbaycan sakit və terror olmayan ölkədir.

Hakimiyyətin sabitliyin yaradılmasında uğurları var. Amma kimsə silahlanıb gəlirsə onu müəyyən etmək omur. Mən baş verənləri İlham Əliyevin şəxsinə yönələn hadisə kimi qiymətləndirirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

Bu məhkumlarla bağlı qanun dəyişir

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ