Xərçəng xəstəliyi kimlərdə daha sürətlə inkişaf edir?

07:09 28-08-2020 | icon 1228 | Sağlamlıq
Xərçəng xəstəliyi kimlərdə daha sürətlə inkişaf edir?

Xərçəng xəstəliyi yaşlı insanlara nisbətən gənclərdə daha sürətli inkişaf edir. Bu, bədəndəki metabolik proseslərin sürəti ilə bağlıdır.

 

“RİA Novosti”nin məlumatına görə, rusiyalı cərrah-onkoloq İvan Karasev insanın yaşının xərçəngin inkişaf tempinə təsiri barədə məlumat verərkən belə deyib.

 

Onun sözlərinə görə, yüksək hormonal statusun fonunda, hormona həssas olan şişlər daha sürətli böyüyür.

Karasev, gənc qadınların hamiləlik dövründə yumurtalıq və ya döş xərçənginin cəmi bir neçə ayda inkişaf etdiyinə dair nümunələr də göstərib. O, həm də xatırladıb ki, hər hansı bir hormonal pozuntu xəstəliyin başlanmasına səbəb ola bilər.

 

İrsiyyətə gəldikdə, həkim bildirib ki, xərçəngin bu növü ümumi xəstəliklərin beş-yeddi faizində olur.

 

Sonda Karasev xərçəngin erkən formalarında simptomlar olmadığını nəzərə alaraq, insanları mütəmadi müayinədən keçməyə çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

İşcilərin 70 faizi müqaviləsiz işləyir

1 mənzili 10 adama satan şirkəti və EVSİZ QALAN SAKİNLƏR

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Buğda, düyü və qarğıdalı idxalında artım

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank