Atasının təhqirlərindən sonra...

07:12 28-08-2020 | icon 1118 | Maraqlı
Atasının təhqirlərindən sonra...

Amerikanın Kolorado ştatının sakini Mixael Miller 68 kq arıqlamağının sirrini paylaşıb.

 

Versus.Az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

 

Məlumata görə, 31 yaşlı bank işçisi uşaq yaşlarından artıq çəkidən əziyyət çəkib. Validenyləri bundan narahat olaraq ona daha sərt şəkildə nəzarət etmək istəyib. Xüsusən atası onu çox utandırıb. Miller isə özünə qarşı bu davranışa üsyan edərək daha çox yeməyə başlayıb.

 

Nəticədə onun çəkisi 135 kq-a çatıb. 25 yaşında olarkən o, ağır allergik reaksiya keçirir, həkimlər isə bunu ürək tutması ilə səhv salırlar. Miller bu hadisə zamanı o qədər qorxur ki, həyatını kökündən dəyişmək və arıqlamaq qərarına gəlir.

 

Müxtəlif pəhrizlərdən sonra Miller mədə kiçiltməsi əməliyyatı etdirir. Əməliyyat effektivliyini göstərir. Ancaq qadın bundan əlavə hər gün kardioməşqlərlə məşğul olur və yüksək zülallı ev yeməkləri ilə qidalanır.

 

Hazırda qadın 68 kq çəkiyə düşüb. Miller ona dəstək olan və motivasiya edən gənclə də tanış olub.

 

“Ömür boyu artıq çəkidən əziyyət çəkən birinin beynini artıq kök olmadığını dərk etməsi üçün müəyyən vaxt lazımdır. Arıqlamağımdan uzun vaxt keçməsinə baxmayaraq,  hələ də bəzən otaqda olan insanlardan daha kök olduğumu düşünürəm. Özümü sevmək üzərində işləyirəm”, - deyə qadın bildirib.

 

O, arıqlamağa başlayanlar üçün həyata hərəkətlilik qatmağı tövsiyə edib.

 

“Hərəkət dərmandır və biz nə qədər çox hərəkət etsək, o qədər özümüzü yaxşı hiss edirik. Özümüzü nə qədər yaxşı hiss etsək, o qədər düzgün qidalanacağıq. Diqqəti arıqlamağa deyil, sağlamlığa və yaxşı əhval-ruhiyyəyə kökləyin”, - deyə Miller sözlərini yekunlaşdırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI