Yaponiya bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək

12:02 28-08-2020 | icon 1045 | Dünya
Yaponiya bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək

Yaponiya hökuməti ölkədə yaşayan bütün sakinləri COVID-19 virusuna qarşı peyvəndlə təmin etməyi planlaşdırır.

 

Versus.az-ın məlumatına görə, AZƏRTAC “Yomiuri shimbun” qəzetinə istinadla xəbər verir ki, bunun 2021-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

 

Qeyd edilir ki, bu, koronavirusun yayılmasına qarşı hökumətin hazırladığı yeni tədbirlər paketinə daxil ediləcək. Baş Nazir Şinzo Abenin cümə gününə planlaşdırılan mətbuat konfransı zamanı bu barədə məlumat verəcəyi bildirilir.

Yaponiya hökuməti Böyük Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkətləri ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, daha beş şirkətlə həmin istiqamətdə danışıqlar aparılır.

Bundan əlavə, Yaponiyada ölkənin öz şirkətləri tərəfindən də peyvəndin hazırlanması ilə bağlı sınaqlar keçirilir. Lakin onların bazara çıxışının əcnəbi həmkarlarından sonra baş tutacağı və miqdarının kifayət qədər olmayacağı qeyd edilir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı