Zorakılıq qurbanlarının sosial hüquqları müzakirə olunub
Məişət zorakılığından zərər çəkmiş qadınların hüquqlarının müdafiəsinə dəstək məqsədi ilə onlayn görüş keçirilib. Görüş təşəbbüs ilə "Təmiz Dünya" Qadınlara Yardım İB çıxış edib.
Versus.Az xəbər verir ki, görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vasitəçiliyi ilə "Təmiz Dünya" Qadınlara Yardım İB sığınacağına yerləşdirilmiş (14.07.2020-ci il tarixdə) məişət zorakılığından zərər çəkmiş qadınların sosial hüquqlarının müdafiəsində yaranan problemlərin həllinə dəstək məqsədi daşıyıb.
Görüşdə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, şöbənin baş məsləhətçisi Tural Hüseynzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi Nizami Hüseyinli, ƏƏSMN-nin Aparatının Sosial təminat siyasəti şöbəsinin böyük məsləhətçisi Nuranə Həsənova, ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətinin məsul əməkdaşı Fuad Mehdizadə, Sosial Xidmət Agentliyinin Sosial xidmətin təşkili departamentinin müdir müavini Tamara Mikayılova, "Təmiz Dünya" Qadınlara Yardım İB sədri Mehriban Zeynalova və digərləri iştirak ediblər.
Görüşdə məişət zorakılığından zərər çəkən şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericilikdə mövcud olan təminatlar və bu təminatların təcrübədə həyata keçirilməsi vəziyyəti müzakirə edilib. ƏƏSMN-nin məsul əməkdaşları sığınacağa yerləşdirilən qadınların problemləri ilə maraqlanaraq məsələlərin nəzarətə götürüləcəyini bildiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"