“Vasmoy bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA

16:05 31-08-2020 | icon 612 | İqtisadiyyat
“Vasmoy bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA

Bakının məşhur “8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı bəzi saytlarda eləcə də sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

 

Versus.Az xəbər verir ki, İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov açıqlamasında “8-ci kilometr bazarı”nın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatların əsassız olduğunu deyib:

 

“Hazırda “8-ci kilometr ticarət mərkəzi” adlanan ərazi fəaliyyət göstərir. Bazarda kənd təsərrüfatı məhsullarının satışı gedir. Ola bilər ki, geyim satılan bölmələr bağlansın, amma bütün hallarda bu barədə dəqiq məlumatımız yoxdur. Belə bir şey olsa belə, qərarı biz vermirik. Özəl sahibkarlıq subyektidir, qərarları da özləri verir. Orada çalışan kiçik sahibkarlardan bizə bazarın bağlanması ilə bağlı şikayət daxil olmayıb. Bazar bağlansa, aidiyyəti üzrə qurumlar rəsmi açıqlama vermiş olardı”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin