Gecə qıcolmaları

08:12 01-09-2020 | icon 546 | Sağlamlıq
Gecə qıcolmaları

Yuxuda olarkən qeyri-iradi əzələ daralması xəstəlik əlaməti ola bilər.

 

Versus.Az xəbər verir ki, bu barədə nevroloq və yuxu həkimi Yelena Tsareva danışıb.

 

Onun sözlərinə görə, əslində yuxuya getmə proesi zamanı baş verən qısa qıcolmalar normaldır. İnsan yavaş-yavaş rahatlandığı üçün qeyri-iradi əzələ daralmaları baş verir. Bu fenomen miyokloniya adlanır və demək olar ki, bütün insanlarda rast gəlinir:

 

“Yuxudan əvvəl biz diksinirik. Buna miyokloniya deyilir. Bu, bədənin, yaxud bir hissəsinin bir və ya ikiqat titrəməsidir. Güman olunur ki, bu, gün ərzində toplanmış gərginliyin sərbəst buraxılmasıdır. Müalicə etməyə ehtiyac yoxdur, patoloji deyil, hər hansı bir xəstəlikdən xəbər vermir. Belə qıcolma ömrün keyfiyyətinə və müddətinə təsir etmir”.

 

Miyokloniya tez-tez “narahat ayaqlar sindromu” ilə səhv salınır.  Hərəkət etməyə, durub gəzməyə məcbur edən gərginlik bu sindrom üçün də xarakterikdir. Adətən gecə, sakitlik vaxtı yaranır, bəzən isə yuxusuzluqla nəticələnir. Düzgün olmayan qidalanma bu sindromun yaranma səbəbi ola bilər:

 

“Stress fonunda bir adam çox miqdarda kofein istehlak edərsə, bu yarana bilər. Çay, qəhvə, şokolad və enerji içkiləri gecə hərəkət aktivliyini təhrik edə bilər. “Narahat ayaqlar sindromu”ndan əziyyət çəkən insanlar kofeindən imtina etməklə problemlərini həll edə bilərlər”.

 

Həkimin sözlərinə görə, əgər pəhriz kömək etmirsə, əzələ daralması bir-iki dəfədən artıq baş verirsə, bu, xəstəlik əlamətidir. /“Sputnik”/

 

“Az müddət ərzində dörd qıcolma nevroloji xəstəlik və ya “narahat ayaqlar sindromu” ilə yanaşı, başqa xəstəlik ola bilər”, - deyə mütəxəssis bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...