“Xroniki xəstəlikləri olan insanların yoluxma ehtimalı yüksəkdir” - FOTO/VIDEO
Nərminə Abbasova: “MayoMed olaraq, bütün Azərbaycan xalqına xidmət etməyə hazırıq”
Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda başladılan karantin qaydaları polis, həkim və jurnalistlər üçün qadağalarsız keçdi. Çünki onların dövlətin pandemiya ilə bağlı apardığı mübarizəsində rolları vacib və təxirəsalınmaz idi.
Bildiyimiz kimi, koronavirusun sürətlə yayıldığı dönəmdə xəstəxanaların əksəriyyəti virusa yoluxan insanların müalicəsi üçün ayrıldı. Bütün həkimlər koronavirusla mübarizədə səfərbər oldular, öz həyatlarını insanlıq, ümumxalq, dövlət naminə risqə ataraq sağlamlığın keşiyində dayandılar. Belə klinikalardan biri Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasıdır.
MayoMed Klinikası pandemiyalı həyatda təkcə sağlamlığın keşiyində dayanmaqla kifayətlənmədi, eləcə də, XEYRİYYƏÇİ, HUMANİST əməlləri ilə də diqqət çəkdi. Klinika fəaliyyətini ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı altında davam etdirərək, “EvdəQal” kampaniyası ərəfəsində bir çox ailələrə maddi və mənəvi dəstəyini əsirgəmədi. Bu da onu göstərir ki, MayoMed təkcə klinika kimi öz vəzifəsini icra etmədi, eyni zamanda, klinikanın rəhbərliyi başda olmaqla, həkim kollektivi bir vətəndaş mövqeyi sərgilədi.
MayoMed karantin qaydalarının yumşaldıldığı bu günümüzdə də öz ənənəsinə sadiqdir. Klinikanın rəhbərliyi ölkə başçısı İlham Əliyevin həmrəylik, birlik çağırışlarına böyük məsuliyyət hissi ilə qoşuldu və qlobal pandemiya təhlükəsinə qarşı həmrəylik nümayiş etdirdi.
Klinikanın təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA Versus.Az-a klinikanın pandemiya öncəsi və pandemiya dönəmindəki fəaliyyətindən, eyni zamanda karantin qaydalarının yumşaldılmasından sonrakı durumundan danışıb.
MayoMed Fizioterapiya və Reabilitasiya Klinikasının pandemiya dövründə əsasən xroniki xəstəliklərin müalicəsiylə məşğul olduğunu deyən Nərminə Abbasova bidirdi ki, buna baxmayaraq, hər növ xəstəliklərin ilkin dövründə də müraciət edənlər olub:
“Daha çox terapevtik müalicələr aparılıb. Qeyd edim ki, bu xəstəliklərin müayinə və müalicəsi, xəstəliyin aşkarlanması üçün klinikamızda yetərincə diaqnostik aparatlar, laborator müayinələr, ümumiyyətlə, ilkin diaqnoz qoyulması üçün geniş şəraitimiz var. Karantin dövründə klinikada iş nisbətən azaldı, pasientlərlə canlı ünsiyyət minimuma endirildi. Buna baxmayaraq, xroniki xəstəliklər daimi olduğu, insanları hər zaman narahat etdiyi üçün karantin dövründə də, təbii ki, icazə almaq şərtilə - paseintlərimiz klinikaya gəlib müayinədən keçirdilər. Bir sözlə, MayMed tibb mərkəzi öz fəaliyyətini heç vaxt dayandırmadı, əksinə, onlayn şəkildə də pasientlərin sağlıq durumunu nəzarətdə saxladı”.
Həkim-terapevtin sözlərinə görə, klinika bütün imkanlardan istifadə etməklə, məsələn, işçi sayını azaltmaqla, dövlətin pandemiya ilə bağlı qoyduğu qanun-qaydalara uyğun şəkildə öz işini davam etdirib:
“Klinikaya müayinə və müalicə üçün gələnlər karantindən əvvəlki dövr qədər çox olmasa da, gəlib-gedənlər də az olmadı. Belə bir ərəfədə də klinikamızın ümum heyəti sağlıq durumu ilə MayoMedə üz tutanlara yüksək səviyyədə xidmət göstərdi, yəni klinikanın fəaliyətini dayandırmadıq. Şübhəsiz ki, Səhiyyə Nazirliyinin xüsusi idarəsində buna diqqət edilib. Bilirlər ki, pandemiya vaxtı hansı klinikanın fəaliyəti dayandı, hansı klinika dayanmadı. Əslində tibbi mərkəzin belə bir dönəmdə dayanması heç məqsədəuyğun da deyil”.
N.Abbasova vurğuladı ki, klinikanın fəaliyəti əasən sərt karantindən sonra, yəni qadağaların yumşalmasından sonra aktiv fəaliyyətə başlayıb:
“Karantindən sonra klinikamızın ümumi iş fəaliyyətinin artması zamanı heç bir qeyri-qanuni işlərə yol vermədik, vermiyəcəyik də. Çünki xəstəliyin yayılma sürəti azalsa da, hələ də yoluxma halları davam edir. Klinikamızda pandemiyanın ilkin dövründəki kimi, gigiyenik qaydalara riayət edilir. Bütün işçilərimiz, eyni zamanda, klinikaya daxil olan xəstə və onların yaxınları hər zaman maskadan istifadə edir. Maskasız demək olar ki, ümumiyyətlə heç kim klinikaya buraxılmır”.
Həkim deyir ki, klinikanın daxilində mütəmadi olaraq bütün dezinfeksiya işləri öz qaydasında aparılır:
“Mütəmadi olaraq xəstələrin temperaturları ölçülür, onlara dezinfektrlar tətbiq edilir. Hər mərtəbənin bütün otaqlarında dezinfektrlar qoyulub. Eyni zamanda, əgər kimlərdəsə maska, əlcək yoxdursa, onlar klinikamız tərəfindən təmin edilir. Bu prosedura bir qayda olaraq hər gün davam etdirilir”.
Nərminə xanım qeyd etdi ki, həkim heyətilə keçirilən toplantılarda vətəndaşlara hansı şəkildə xidmət etmək və sair bu kimi məsələlər müzakirə edilir:
“Müzakirələrin fonunda klinikanın həkimləri olaraq hər birimizin ayrı-ayrılıqda sosial şəbəkələr vasitəsilə təlimatlandırma işlərini qurmaq da durur. İnsanlarımızı pandemiya ilə bağlı məlumatlandırmaq, yoluxmanın ilkin əlamətlərində onlara nə kimi qabaqlayıcı tədbirlər görmək barədə məsləhətlər vermək üçün hər bir həkimimiz bacardığı qədər çalışır”.
Həkim-terapevt vurğuladı ki, immun sisteminin aşağı düşməməsi üçün həkim tövsiyələrinə əməl edilməlidir:
“TƏBİB-in insanları koronavirusdan qorunmaqla bağlı məlumatlandırmalarından başqa bizim tərəfimizən də bu yöndə məlumatlandırma işləri aparılır. Tövsiyələrimizi əsirgəmirik, əsirgəmiyəcəyik də. Hazırda payız fəsli ərəfəsində olduğumuz üçün xroniki xəstəliklər baş qaldırmağa başlayıb. Xəstələrin şikayətləri artdıqca, klinikaya müraciət edənlərin də sayı artır. Biz də bacardığımız qədər həmin xroniki xəstəliklərin müalicəsi ilə məşğul olmalıyıq ki, virusun yeni dalğasının qarşısını ala bilək. Çünki ən çox xroniki xəstəlikləri olan insanların yoluxma ehtimalı yüksəkdir. İmmun sistemi zəif olduqda orqanizmdə artıq müəyyən bir iltihab yaranır ki, bu zaman nəinki koronavirus, digər viruslara da yoluxma ehtimalı böyükdür”.
Pandemiya dövrünün davam etdiyini vurğulayan Nərminə xanım bildirdi ki, yoluxma sayı artsa belə, MayoMed tibb mərkəzinin həkimləri fəaliyyətlərini davam etdirəcəklər:
“Klinikada dezinfeksiya işlərini daha yüksək səviyyədə tətbiq edəcəyik. Pasientlərin məlumatlandırılması, qabaqlayıcı tədbirlərin görülməsi yönündə işlərimizi daha da genişləndirəcəyik. Hər bir həkimimiz bu virus barədə yetərincə məlumatlıdır. Hətta müayinəyə gələn pasientlərin yaxınlarına belə bacardığımız qədər məlumat və tövsiyə veririk. Bəzi insanlarda inamsızlıq var idi əvvəllər, amma indi qorxu, narahatlıq hissləri yaranıb. “Necə olacaq” – deyə, panikaya düşənlər çoxdur. Klinikamızda psixoloqlar, nevroloqlar da fəaliyyət göstərir. Psixoloji və nevroloji şikayətlə müraciət edənlərə, depresiyaya düşənlərə bu yöndə tibbi xidmət göstərilir.
Eyni zamanda, xeyli sayda terapevtlərimiz, kordioloqlarımız, pediatrlarımız da tam qüvvə ilə insanlarımızın xidmətindədilər. Biz MayoMed olaraq, bütün Azərbaycan xalqına xidmət etməyə hazırıq”.
DİQQƏT!
Həkim-terapevt Nərminə Abbasova xroniki xəstəliklərdən əziyyət çəkənləri müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"