Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibəti ilə Yazıçılar Birliyində olub.
Versus.Az xəbər verir ki, görüşdə şair həm yubileyi, həm də Prezidentin imzası ilə “İstiqlal” ordeni ilə təltif olunması münasibəti ilə təbrik ediblər:
Qənirə Paşayeva görkəmli şairi Milli Məclisin Mədəniyyət komitəsi adından və şəxsən öz adından təbrik edərkən, onun uzun illər ədəbiyyatımıza yorulmadan xidmət etdiyini, söz sənətimizi zənginləşdirdiyini, klassiklərin ənənələrini yeni məzmun və formalarda davam və inkişaf etdirdiyini, Yazıçılar Birliyinin rəhbərlərindən biri kimi də, ictimai-mədəni mühitimizdə özünəməxsus rola, nüfuza malik olduğunu vurğulayıb:
"Fikrət müəllimin təqdirəlayiq fəaliyyəti, ədəbiyyat qarşısında xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymət alıb. 85 illik yubileyi münasibəti ilə ali ordenlə təltif olunması bu qiymətin parlaq təcəssümüdür.
Ustad şairimizi bir daha təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!"
PƏRİ
Versus.Az