Türkiyə Almaniya təyyarəsinin Ermənistana uçmasına icazə vermədi

15:19 01-09-2020 | icon 406 | Dünya
Türkiyə Almaniya təyyarəsinin Ermənistana uçmasına icazə vermədi

Türkiyə Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Ermənistana uçmasına icazə verməyib.

 

Versus.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin sözçüsünün “Deutsche Presse-Agentur”a verdiyi məlumata görə, iyulun sonunda Kölndən Ermənistanın paytaxtı İrəvana uçuşu planlaşdırılan hərbi təyyarənin Türkiyə ərazisindən keçməsinə icazə verilməyib. Nəticədə, təyyarə hərbi bazaya qayıtmalı olub.

 

Məlumatda Almaniya Hərbi Hava Qüvvələrinə (Bundesver) məxsus Kölndən havaya qalxan hərbi nəqliyyat təyyarəsinin İrəvana doğru istiqamət aldığı və oradan erməni əsgərlərini Almaniyada təlim kurslarına gətirmək üçün yola çıxdığı bildirilib.

 

Uçuşun dayandırılmasına səbəb təyinat nöqtəsi olub. Belə ki, Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqəsi mövcud deyil.

 

Türk səlahiyyətlilərinin hava sahəsindən istifadəni qadağan etməsindən sonra hərbi təyyarənin avqustun ortalarında daha uzun bir yolla Rusiya üzərindən İrəvana uçduğu və erməni hərbçilərini Almaniyaya gətirdiyi qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı