Taksilərlə bağlı vahid qiymət AÇIQLANDI

17:50 01-09-2020 | icon 590 | İqtisadiyyat
Taksilərlə bağlı vahid qiymət AÇIQLANDI

Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymət müəyyən edilməlidir. Yeni konsepsiya da bu öz əksini tapıb.

 

Versus.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib.

 

BNA rəsmisi qeyd edib ki, yeni konsepiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir:


“Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil.

Bəzi sosial şəbəkə istifadəçiləri Agentliyin təqdim ediyi konsepsiyanı düzgün təqdim etmir. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. Bəzi xarici şirkətlər Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olur və digər taksilərdən ucuz qiymət tətbiq edir. Bu da digər taksi şirkətlərinin işinə mane törədir. Bu, əslində rəqabət deyil, digər sahibkarın hüququnu pozmaqdır. Bütün bu məsələlər tənzimlənməli və vahid qiymət müəyyən edilməlidir. Əgər belə olarsa, taksi şirkətləri də normal fəaliyyət göstərə biləcəklər”.

 

BNA-nın mətbuat katibi Mais Ağayev əlavə edib ki, konsepsiyadakı məsələlər hələ təklif mərhələsindədir. Hazırda ictimaiyyətin müzakirəsinə verilib. Qərar verilən zaman mütləq şəkildə vətəndaşların istək və rəyləri nəzərə alınacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür