Versus.Az Cebhe.info və “Cümhuriyət”i TƏBRİK EDİR

20:39 01-09-2020 | icon 796 | KİV
Versus.Az Cebhe.info və “Cümhuriyət”i TƏBRİK EDİR

"Ruhdan düşmədik, xəbər məkanında yerimizi qoruduq, cəmiyyətdə səsimizi eşitdirdik"

 

Bu gün Cebhe.info xəbər portalının yaranmasının, media məkanında öz tarixi olan “Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur.

 

Versus.Az xəbər verir ki, bu 5 il ərzində azad media prinsipləri çərçivəsində fəaliyyət göstərən, oxuculara operativ, əhatəli xəbər çatdıran “Cümhuriyət” xəbər məkanında çeviklik, obyektivlik, dəqiqlik nümayiş etdirib.

 

Məhz bu səbəbdən Cebhe.info 5 il ərzində istinad edilən xəbər portallarından birinə çevrildi və özünəməxsus oxucu auditoriyasını formalaşdırdı. İnformasiya işində tərəfsiz oldu, vətəni sevdi. Onu güclü, demokratik, bütöv görmək istədi. Bu, xəbər portalının dəyişməz amalıdır.

 

Həm Cebhe.info xəbər portalı, həm də “Cümhuriyət” qəzeti bu təməl prinsiplərə sadiq qaldı. Sayt və qəzetin kollektivi velə deyir:

 

"Bizim üçün ən ali məqsəd millətimizin məqsədidir, ərazi bütövlüyümüzdür, dövlətimizin güclü olmasıdır. Saytın fəaliyyəti hər zaman xaricdən maliyyələşən, milli dövlətçiliyə, milli maraqlarımıza qarşı çıxan dairələri narahat edib.

 

 

 

Dəfələrlə fəaliyyətimizə maneələr yaradılıb. Sosial şəbəkələrdə xəbərlərimizin yayılmasına əngəllər yaradılıb, şikayət olunmuşuq. Saytımız Azərbaycanı sevməyən dairələrin sifarişi ilə haker hücumuna məruz qalıb. Lakin ruhdan düşmədik, xəbər məkanında yerimizi qorumaq, cəmiyyətdə səsimizi eşitdirmək, milli ideologiyamızı yaymaq üçün yorulmadan mübarizə apardıq. Bu illər ərzində çoxlu dostlar və oxucu, izləyici sevgisi, etimadı qazandıq. İnsanlarr dərdlərini güvənib bizə dedilər. 5 ildə uğurlarımız çoxdur".

 

Artıq xəbər məkanında Cebhe.info-nun, “Cümhuriyət” qəzetinin özünəməxsus oxucu kontingenti formalaşıb. 5 ildə Cebhe.info və “Cümhuriyət” qəzeti jurnalistikaya yenicə başlamış gənc istedadlar üçün məktəb oldu. Artıq imzası kifayət qədər tanınmış yetirmələri var.

 

 

"Bu gün Azərbaycan mediasında Cebhe.info və “Cümhuriyət” “şinelin”dən çıxmış istedadlı jurnalistlər, müxbirlər, redaktorlar var. 5 il media üçün qısa dönəmdir. Gediləsi uzun yolumuz, xəbər portalının və qəzetin inkişafı ilə bağlı arzularımız var. Cənubi Qafqazın ən oxunaqlı saytlarından biri olmaq istəyirik. “Cümhuriyət”i hər gün çıxan rəngli qəzetə çevirməkdir arzumuz.

 

 

Azərbaycanı torpağının hər qarışında suveren hüququ bərpa olunmuş, hər bir vətəndaşın rifah içərisində yaşadığı bir dövlət olaraq görmək istəyirik. Bu yolda dövlətimizin yanında olmağa hazırıq. Xalqı narazı salan, qanunlara qarşı gələn hər kəsin qarşısında olacağıq. Cəbhədən – Qarabağdan qələbə xəbərini vermək arzusu ilə!"

 

Versus.Az İnformasiya Agentliyi Cebhe.info xəbər portalının yaranmasının, “Cümhuriyət” qəzetinin nəşrini bərpasının 5 ili münasibətilə təbrik edir, uğurlar arzulayır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”