“Bu insanları Azərbaycana qarşı qızışdıran gizli qüvvələrin məqsədləri bəllidir”

18:28 20-02-2018 | icon 543 | Siyasət
“Bu insanları Azərbaycana qarşı qızışdıran gizli qüvvələrin məqsədləri bəllidir”

“Seçkiləri ləğv etməyə yönələn çağırış acizlikdir”

“Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılması xəbəri sözün doğrusu, gözlənilməz olmadı, amma məni bir xeyli düşündürdü”.

Versus.Az xəbər verir ki, bunu xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılması məsələsinə açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

“Əvvəlcə petisiya tərtibçilərinin tərkibinə nəzər saldım və onların iddialarını gözdən keçirdim. Onların tərkibi də, iddiaları da həm təəssüf hissi, həm də acı gülüş doğurur”.

Seçkilərin vaxtının dəyişdirilməsində və növbədənkənar seçkilərin təyin edilməsində qeyri-adi və qeyri-qanuni heç nə olmadığını qeyd edən partiya sədri vurğulayıb ki, bu adamlar ola bilsin ki, Azərbaycan qanunlarını heç olmasa bircə dəfə də olsa açıb oxumayıblar:

“Aprelin 11-nə təyin edilən prezident seçkiləri Azərbaycanın qanunlarına da, dünya təcrübəsinə də tam uyğundur. Bu aksiomaya qarşı çıxmaq və qarşıdakı seçkiləri qanundankənar hesab etmək qərəzdən başqa bir şey deyil. Sözün açığı, bu petisiyanın təşkilatçılarının hüquqi savadlarına və dünyagörüşlərinin genişliyinə məndə dərin şübhələr var. Onların açıq-aşkar hüquqi nihilizmi bir daha onu sübut edir ki, Avropada yaşamaq hələ sivil olmaq, qabaqcıl düşüncəyə sahib olmaq demək deyil. Bu adamlar sosial şəbəkələr üzərindən, sayt və internet tv-lər üzərindən 11 aprel seçkilərinin boykot edilməsi üçün əllərindən gələni edirlər. Üstəlik də mövcud Azərbaycan hakimiyyətinə qarşı, dövlət başçısına qarşı qeyri-etik ifadələr işlətməkdən də çəkinmirlər. Sual olunur: bunlara kim bu cəsarəti verir? Bunlar Avropaya müasir dünya dəyərlərini mənimsəmək, sivil dünyanın bir parçası olmaq, yoxsa vandalizm ruhunu mənimsəmiş aqressiv, barbar bir sosial zümrəyə, kütləyə çevrilmək üçün gediblər? Bu insanları Azərbaycana qarşı qızışdıran, onlardan əlaltı, alət kimi istifadə edən gizli qüvvələrin məqsədi nədir?”

Əlisahib Hüseynovun fikrincə, Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin bu cür addımları əslində ölkə qanunvericiliyinə də, beynəlxalq hüquq normalarına da ziddir:

“Öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu mənfəətçi, fürsətçi insanlar guya Azərbaycanda təqib və təhlükə altında yaşamaqdan qaçaraq Avropa ailəsinə siğındıqlarını iddia etsələr də, əsas məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır. Bu da yeni hadisə deyil. Biz seçkiöncəsi situasiyanı bu cür gərginləşdirmək cəhdlərini əvvəllər də çox görmüşük. Açığını deyim ki, bu, zəiflərin və qorxaqların davranışıdır. İstər Avropada petisiya yaradanlar, istərsə də onların Azərbaycan müxalifətindəki havadarları da açıq və sivil seçki mübarizəsindən çəkinirlər. Çünki öncədən labüd məğlubiyyətlərinin fərqindədilər. Onlar bilirlər ki, seçkilərdə qalib gəlməyin yeganə yolu xalqın etimadını qazanmaqdan keçir. Lakin onların hal-hazırda heç bir sosial bazası yoxdur. Bu həqiqətdir və bu həqiqəti onların özləri də yaxşı başa düşürlər. Odur ki, belə bir situasiyada yeganə çıxış yolu kimi qarayaxma kampaniyasına başlayırlar. Bu yolla seçkilərin nəticəsini indidən şübhə altına salmağa çalışırlar. Ancaq bilsinlər ki, onların bu cəhdləri həm səmərəsizdir, həm də ki, siyasi korluq nümunəsidir. Bir həqiqəti də bilməlidirlər ki, seçkiləri ləğv etməyə çağırmaq vətənpərvərlik və qəhrəmanlıq deyil, acizlikdir”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol