Partiya sədri Ramiz Mehdiyevlə Əli Həsənovu ittiham etdi

18:42 02-09-2020 | icon 382 | Siyasət
Partiya sədri Ramiz Mehdiyevlə Əli Həsənovu ittiham etdi

Hafiz Hacıyev: "Səfirləri ələ alırdılar...”

 

"Görürsünüz ki, onlar şantaj yoluna keçib".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında vəkil Aslan İsmayılovun Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyəyə getməsinin köklərini qardaş ölkənin Azərbaycandakı səfiri Ərkan Özoralla çox yaxın münasibətlərdə olmasında axtarmaq lazım gəldiyi, səfirin özünü Ə.Həsənovun kömıkçisi kimi aparması barədə fikirlərinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri vurğulayıb ki, onalr Türkiyə və başqa dövlətlərin ölkəmizdəki təmsilçilərilə əlaqə qurmaqla özlərinin gələcəyi, Ramiz Mehdiyevi prezident etmək üçün hər yerdə özlərinə dost seçirdilər:

 

"Aslan İsmayılovun dediyi və Türkiyə səfiri ilə olan bu məsələ də Ramiz Mehdiyevin tapşırığı ilə olan məsələdir. Bu qüvvələr əllərindəki səlahiyyətdən istifadə edərək xarici ölkələrin Azərbaycandakı səfirlərini şirnikləndirən vədlər verməklə ələ almağa çalışırdılar. Görürsünüz ki, onlar şantaj yoluna keçib. Türkiyə kimi bir dövlətin ölkəmizdəki səfirinin Aslan İsmayılovun dediyi kimi Əli Həsənovun köməkçisi kimi davranmasını da bu mənada istisna etmirəm. Ramiz Mehdiyev və dəstəsinin tək Türkiyə səfirilə deyil, ölkəmizdə fəaliyyətdə olan digər ölkə səfirlikəri ilə də anoloji əlaqələrini istisna etmirəm.

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Azərbaycan əleyhinə nə qədər işlər görüb? Çatan məlumatlara görə, bunlar da Ramiz Mehdiyevin tapşırığı ilə olub. Evlərin paylanmasında onlar nə qədər saxtakarlığa yol veriblər. Azərbaycanda özlərinə "ana müxalifət” düzəlmək üçün Əli Kərimliyə çoxlu miqdarda pul ötürüblər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin