Qənirə Paşayeva: "Bütün şəhidlərimizi hər zaman sevgi, sayğı və rəhmətlə anacağıq"
Tovuzdan olan bir qrup ziyalı ilə, “Hünər” Holdinqin rəsmi nümayəndəsi Firəngiz Balakişiyeva və fəal qadınlarımızdan Kəmalə Məmmədova ilə birlikdə iyul döyüşlərində Tovuzda şəhid olan yüksəkçinli zabitlərimiz – general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etdik".
Versus.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib.
Qeyd edək ki, şəhidlərin anaları, ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub:
"Nur içində yatsın qəhrəman şəhidlərimiz. Qəhrəman şəhidlərimizin gözəl analarına, əziz ailələrinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır, hamımız üçün çox dəyərlisiniz, biz hər zaman sizin kimi fədakar analar, şəhidlərimizin həyat yoldaşları və Polad qardaşımız, İlqar qardaşımız kimi fədakar qardaşlarımızla fəxr edirik dedik. Hamımız qəhrəman şəhid oğul və qızlarımızın, onların ailələrinin qarşısında baş əyirik və İlqar Mirzəyev, Polad Həşimov qardaşlarımız kimi dəyərli Vətən oğulları minlərlə gəncimiz üçün örnək olduğunu bildirdik. Dəyərli şəhidimiz general Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, bütün əziz şəhidlərimizi hər zaman sevgi, sayğı və rəhmətlə anacağıq. Allah hər zaman şəhid ailələrimizin yardımçısı olsun.
Bir daha, Tovuz istiqamətində olan döyüşlərdə şəhid olan hərbçilərimiz də daxil olmaqla bütün hərbçilərimizi rəhmətlə yad edir, ruhlarına ehtiramımızı bildiririk! Nur içində yatsınlar!"
Versus.Az