Azərbaycan və Rusiya Müdafiə nazirlərinin müavinləri görüşdü 

17:42 03-09-2020 | icon 509 | Geopolitika
Azərbaycan və Rusiya Müdafiə nazirlərinin müavinləri görüşdü 

Sentyabrın 3-də Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

 

Versus.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını ifadə ediblər.

 

Qonaqları salamlayan nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.

 

Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin də müzakirə olunduğu görüşdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

 

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.


Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.

 

Tərəflər bu günlərdə "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətindən danışıblar.


R.Tsalikov da ölkəmizin "Dəniz kuboku" müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”