Şuşa Qlobal Media Forumunda qürurverici çıxışlar

13:50 24-07-2023 | icon 756 | Siyasət
Şuşa Qlobal Media Forumunda qürurverici çıxışlar

Könül İsmayılova: “Məncə Ermənistan bundan nəticə çıxarmalıdır”

 

Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edərkən Azərbaycan, onun rayon və kəndləri haqqında ətraflı danışdı. Ölkəmizin sahib olduğu üstünlükləri sadaladıqca, sanki dünyaya bir daha, təkrar-təkrar diqtə edirdi ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil, müstəqil, müasir, ən əsası da tolerant və sülhsevər ölkədir.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışını şərh edərkən bildirib.

 

Könül İsmayılova qeyd edib ki, İkinci Qarabağ müharibəsində sıravi vətəndaşlarımızdan tutmuş jurnalistlərə, siyasi müxalifətə kimi hər kəs prezidentin ətrafında cəm oldu, ölkə başçısının çağırışlarına qoşularaq yumruq yaratdı:

 

“Düzdür, bəzi siyasilər, xaricdə oturub Azərbaycanın “dərdini çəkən” bloggerlər hansı ki, İkinci Qarabağ müharibəsi onlar üçün gözlənilməz oldu, onlar öz cığalçı, oyunpozanlıq, məkrlilik əməllərindən əl çəkmədilər, hər addımda bir minus axtardılar ki, ölkə başçısının əleyhinə qalxsınlar. Amma əbəs yerə deməyiblər ki, -“xalqın gözü tərəzidir”. Xalqımız illərdir işğalda qalan torpaqlarımızın geri alınmasını arzu edirdi, odur ki, təbii olaraq bu torpaqların geri qaytarılması üçün qəti addımlar atan prezidentinin yanında olacaqdı. Və 44 günlük müharibə göstərdi ki, heç də yanılmadıq. Şuşa azad edilənədək çox həyacan keçirdik. Çünki Şuşa ilə bütün qalibiyyətimiz başlayırdı. Elə də oldu, cənab prezidentin də dediyi kimi Şuşa bizim cəsarətimizin, qələbəmizin, sülhün rəmzidir”.

 

 

Qardaş Türkiyənin belə bir dövrdə Azərbaycanı tək qoymadığını deyən K.İsmayılova vurğuladı ki, müharibə dövründə, ondan sonra da Türkiyənin hərtərəfli dəstəyi açıq görünürdü:

 

“Azərbaycanın Türkiyə ilə qardaşlığı ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə “İki dövlət bir qardaş” devizi ilə möhürlənmişdi. Bu qardaşlıq münasibətləri cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə, mən deyərdim ki, düşmənə gözdağı səviyyəsində davam etdirilir. İndi heç bir dövlət bu qardaş ölkəni ayıra bilməz. Türkiyənin düşməni Azərbaycanın düşməni, Azərbaycanın düşməni Türkiyənin də düşmənidir. Qoy indi dünya dövlətləri özləri düşünsünlər ki, qarşılarında necə bir güclər dayanıb”.

 

Siyasətçi xanım bildirdi ki, 44 günlük müharibə zamanı yalnız xarici məkirli qüvvələr deyil, daxildəki xain qüvvələr də gördülər ki, Azərbaycanda Dövlət-Xalq birliyi var. Onun sözlərinə görə, bu birliyi hansısa sosial priblem adı altında süni şəkildə yaradılan çaxnaşlamar qıra bilməzdi və qırmadı da:

 

“Bu gün iqtisadiyyatımız xalqın gözü qarşısında daha da güclənir, hələ işğaldan azad edilən ərazilərimizdə, iqtisadi zonada görüləcək, əldə ediləcək uğurlar da indidən proqnoz edilir. Odur ki, daxildəki məkrli niyyət sahibləri də zamanla haqqın yoluna qayıtmalı olacaqlar.

Gücümüzü ərazilərimizdə insanlarımızın yaşamını təmin etməyə yönəltmişik. Artıq Laçında da məskunlaşma var. Hələ ilin sonunadək yurda köç karvanı davam edəcək. Bütün bunlar xalqımızın illərlə gözlədiyi məqam deyilmi? Bundan gözəl, qürurlu nə ola bilər?”

 

Könül xanım qeyd etdi ki, Azərbaycanın yeganə böyük əngəli minatəmizləmə prosesidir. Onun sözlərinə görə, bu, İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq Ermənistanın hələ də mina xəritəsini bizə verməməsindən irəli gəlir:

 

“Bir xəritə verdilər, o da öz kəllələri kimi boş, yalan. Rusiya sülhməramlıları bu məsələyə ciddi yanaşmadığından, daha dəqiq desəm, bu prosesdə Ermənistanın tərəfində durduqlarına görə müsbət irəliləyiş yoxdur. Beləcə, Ermənistan bu yolla bizə qarşı olan terrorunu çəkinmədən davam etdirir. Amma Azərbaycanın da səbr kasası var və bir gün daşacaqdır. Anti-terror əməliyyatlarına başlamalı olacağıq. Çünki Ermənistan xoşluqla anlamırmış kimi görünür”.

 

Bütün bunlara rəğmən gözəl Laçınımıza qayıdışımızın reallaşdığını vurğulayan K.İsmayılova deyir ki, ilin axırında 700 ailəlik Laçın qarşılayacaq bizi:

 

“Bunun özü də Ermənistana mesajdır. İndi qalır Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi. Paşinyan bununla bağlı dəfələrlə şifahi şəkildə bəyanat versə də, ortada nəticə yoxdur.

Prezidentin çıxışında bir məqam diqqətimi daha çox çəkdi. O dedi ki, - “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır”. Məncə Ermənistan bundan nəticə çıxarmalıdır”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol