Azad Rəhimov İstanbulda gənclər siyasətindən danışdı
2017-ci ildən etibarən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) hazırki baş katibi Yusif bin Əhməd əl-Osayminin təklif və quruma üzv ölkələrin Xarici işlər nazirləri şurasının təsdiqi əsasında hər il
3 sentyabr tarixi İƏT ölkələrin "Gənlər günü" kimi qeyd olunur.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İƏT Gənclər günü münasibəti ilə Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov İƏT-in Gənclər və İdman nazirlərinin dördüncü konfransının sədri qismində iştirak edib.
Çıxışı zamanı nazir Azad Rəhimov tədbir iştirakçılarını 3 sentyabr İƏT Gənclər günü münasibəti ilə təbrik etmiş və bildirdi ki, İƏT-ə üzv ölkələrin Gənclər və İdman nazirlərinin Bakı toplantısından sonra qardaş Türkiyədə İƏT Gənclər gününə həsr edilmiş təbdir bu coğrafiyada gənclər siyasətinin inkişafı üçün təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə inkişaf prosesinə dair yeni fikir və ideyaları öyrənilməsi və gələcək istiqamətlərin müəyyən edilməsi üçün mühüm fürsətdir.
Gənclərin hər bir ölkənin gələcək inkişafında bünövrə rol oynadıqlarını diqqətə çatdıran nazir Azad Rəhimov İslam Əməkdaşlıq Təşkilatına və onun Gənclər Forumuna bu istiqamətdə göstərilən səylər və dəstək üçün təşəkkür etdi. Çıxışının davamında Azad Rəhimov diqqətə çatdırdı ki, 2004-cü ildə İƏT Gənclər Forumunun Təsis Konfransının Bakıda keçirilməsi və 2010-cu ildən isə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinə məhz Azərbaycan hökümətinin evsahibliyi etməsi dövlətimizin gənclər siyasətinə verdiyi önəm və diqqətin bariz nümunəsidir. "2020-cu ildə Azərbaycanın sədrliyi altında gənclər və idman nazirlərinin daimi Şurasının Bakıda baş tutması dediklərimin əyani sübutudur. Sonda mən əziz gənclər sizi və ümbət gənclərini 2020 İƏT Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm."
Qeyd edək ki, tədbirdə Türkiyənin Gənclər və İdman naziri Məhməd Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan, İƏT-ə üzv ölkələrinin səfir və baş konsulları iştirak edirdi. Eyni zamanda, tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminin müraciəti iştirakçıların diqqətə çatdırılmışdır.
Tədbrin sonunda, Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə Beynəlxalq Fotoşəkil Müsabiqəsinin təltif etmə mərasimi və Türkiyənin Gənclər və İdman naziri Məhməd Muharrem Kasapoğlu ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan arasında 2020-2021 illər üçün Əməkdaşlıq Protokolu imzalanma mərasimi keçirilib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"