Azərbaycanda yeni MMA liqası yaradılıb

20:51 03-09-2020 | icon 369 | İdman
Azərbaycanda yeni MMA liqası yaradılıb

Azərbaycanda qarışıq döyüş növləri (MMA) üzrə ilk beynəlxalq peşəkar liqa yaradılıb.

 

Versus.az xəbər verir ki, Təşkilatçı "International Fighting League"dən (IFL) yerli mediaya verilən məlumata görə, liqa 2020/2021 mövsümünü əhatə edən 4 müxtəlif birincilikdən ibarət olacaq.

 

Hər liqada minimum 20 döyüşçünün iştirakı ilə 10 görüşün keçirilməsi nəzərdə tutulub. İlk 2 turniri yalnız yerli idmançıların iştirakı ilə təşkil etməyi planlaşdıran təşkilatçılar növbəti 2 yarışı müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq reytinqli idmançılarla keçirməyi planlaşdırır.

 

İdmançılar 57 - 100 kq aralığında müxtəlif çəkilərdə mübarizə aparacaq və liqadakı bütün döyüşlər beynəlxalq reytinq xalları qazandıracaq.

 

IFL təşkilatını 2019-cu ildə peşəkar MMA döyüşçüsü, ikiqat Avropa və bir dəfə dünya çempionu adını qazanmış Heydər Məmmədəliyev yaradıb. O, liqa ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bundan əvvəl bir neçə oxşar liqalar yaradılsa da, bu liqa onlardan peşəkar təşkilatı komanda və bütün beynəlxalq standartlara cavab verməsi ilə fərqlənəcək. "Bizim çox güclü yerli idmançılarımız olub və indi də var. Ancaq təəssüf ki, bir çox hallarda onların əksəriyyəti karyeralarını müəyyən səbəblərə görə davam etdirə bilməyiblər. Biz bu liqanı təşkil etməklə, həmin potensiallı döyüşçülərə, professional idmançılara mənəvi və peşəkar dəstək göstərmək niyyətindəyik. Əsas məqsədimiz bacarıqlı yerli MMA peşəkarlarını aşkarlamaq və onların beynəlxaq arenalara çıxışına dəstək göstərməkdir". 

Bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan ilk liqada 20 yerli döyüşçü qalib adı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu liqa IFL təşkilatının təşəbbüsü və “Sport Marketing Group” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Hazırda, pandemiya ilə əlaqədar karantin rejimini nəzərə alaraq oktyabrda təşkil olunacaq ilk liqanın tamaşaçısız, video formatında ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Mövcud karantin qaydalarına dəyişikliklər olduğu təqdirdə isə yarışların tamaşaçılara açıq şəkildə keçirilməsi planlaşdırılır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI