“Arzularımızı dollarlara qurban etdik...” – Murad Arif
“Bizi kostyumlu day-day kimi görmək istəyənlər yetişdirdi. Müdir olmağa aparan yolda gəncliyimizi, rəngarəng kimliyimizi, arzularımızı və azadlığımızı dəfn etdik”.
Versus.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb. Yeni mahnısı “Get iş tap, işlə”dən bəhs edən sənətçi reper Elşad Xose ilə olan duetini belə təqdim edib:
“Biz içimizdə romantik olaraq, kağızların içində boğulan ofis qurduna çevrildik, arzularımızı dollarlara qurban etdik... Biz özümüz də söz verib sözünü tutmayan “əmi”lərə döndük. İşçilərimizin üstünə qışqırırıq, onları da özümüz kimi solğun, ütülü, rəngsiz, kostyumlu yapmaq istəyirik. Şəhərdəki, institutlardakı, ofislərdəki gəncliyə baxın. Onları biz yetişdiririk. Çünki, bir çoxumuz inanır ki, həyatda əsas məqsəd pul qazanmaqdır. Çünki özümüz sərbəst və rəngarəng yaşamağa cəsarətli olmadıq. “İşlə, işlə, işlə, pul qazan” deyərək... Su kimi axıb gedir zaman. Fərqindəyik. “Özümüz dəyişmədik, dəyişdirə bilmədik heç nəyi. Gənclərdə də alınmasın!” deyirik. Və son nəfəsimizdə belə, ağlımızda bir söz var: Get iş tap, işlə!”.“Arzularını düşün, xoşbəxt olduğun peşəni seç, istədiyini et” deyə bilmirik.
Qeyd edək ki, mahnının söz və musiqisi OGB, Xpert, Murad Arifə, repin sözləri isə E.Xose və MC Murada aiddir.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"