Ağ Ev: İsraillə BƏƏ arasındakı razılaşma Çin və İran üçün zərbə olacaq

07:11 04-09-2020 | icon 287 | Dünya
Ağ Ev: İsraillə BƏƏ arasındakı razılaşma Çin və İran üçün zərbə olacaq
Pekin və Tehran İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlərin tam normallaşmasına dair razılaşmada itirən tərəflər olacaq.
 

Versus.az xəbər verir ki, bu fikri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen radio aparıcısı Hyu Hyuittə verdiyi müsahibəsində səsləndirib.

 

O'Brayenin fikrinə görə, BƏƏ və İsrail arasındakı razılaşma “Yaxın Şərqdəki vəziyyəti dəyişdirəcək”: “İqtisadi və mədəni əlaqələr fantastik səviyyəyə çatacaq. Əhəmiyyətli dərəcədə investisiyaların qoyulmasına başlanılacaq. Bu, razılaşmanın üzvləri üçün inanılmaz müqavilədir. Bu müqavilədə ən böyük itirənlər mütləq şəkildə İran və Çindir”.

ABŞ prezidentinin köməkçisi onu da əlavə edib ki, israillilər ABŞ-dan başqa yeni investisiya mənbələri əldə edəcəklər: “Düşünürəm ki, çinliləri İsrailin texnologiya bazarından çıxarmağa məcbur edəcək bir çox sövdələşmə olacaq. Bundan əlavə, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndiriləcək ki, bu da İran üçün son dərəcə əlverişsiz olacaq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol