“Rəsmi Afina bu səbəbdən Ermənistana dəstək nümayiş etdirir"

08:32 04-09-2020 | icon 481 | Geopolitika
“Rəsmi Afina bu səbəbdən Ermənistana dəstək nümayiş etdirir"

Əhməd Qaya: "Yunanıstan bu gün Ermənistan kartından istifadə etmək istəyir"

 

Prezident İlham Əliyevin yunan səfirlə görüşü zamanı açıqlaması və Türkiyənin bu bəyanatı dəstəkləməsi ermənilərə və yunanlara verilən ən gözəl cavabdır.

 

Versus.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Politika İnstitutunun araşdırmaçısı Əhməd Qaya Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Yunanıstan bu gün Türkiyəni Aralıq dənizindən və Egeydən uzaqlaşdırmaq üçün Ermənistan kartından istifadə etmək istəyir:

 

“Rəsmi Afina məhz bu səbəbdən Ermənistana dəstək nümayiş etdirir. Cənab Əliyevin açıqlamasını yalnız bu kontekstdə qiymətləndirmək lazımdır.

Azərbaycan və Türkiyə arasındakı qardaşlığın ortaq dil, din, mədəniyyət, etnik mənsubiyyət və tarixi özündə birləşdirməsi və mütəmadi olaraq hər iki tərəfin bunu ən yüksək səviyyədə dilə gətirməsi düşmənlərinin birləşməsinə gətirib çıxarır. Mövcud siyasi vəziyyət Birinci Dünya müharibəsindən əvvəlki duruma bənzəyir. Türkiyənin zəifləməsini və Azərbaycana nəzarəti ələ keçirməyi istəyənlər var.

Afina Azərbaycanın probleminin Türkiyənin də problemi olduğunu bildiyi üçün Ermənistan məsələsindən istifadə edir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı