“Bizi İrana qarşı radikal mövqeyi olmayan partiya kimi qəbul edirlər”

13:56 19-02-2018 | icon 585 | Siyasət
“Bizi İrana qarşı radikal mövqeyi olmayan partiya kimi qəbul edirlər”

“Azərbaycanda İranla bağlı kəskin mövqedə dayanan partiyalar var. Biz isə hesab edirik ki, siyasətimizi bizi qonşu dövlətlərlə birləşdirən məqamlar üzərində qurmalıyıq. Ona görə də İranda bizi İrana qarşı radikal mövqedə durmayan partiya kimi qəbul edirlər. Bu mövqeyimiz İran hökumətini qıcıqlandırmadığına görə tədbirə dəvət olunmuşuq”.

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu İran səfəri ilə bağlı təəssüratlarını açıqlayarkən bildirib. Qeyd edib ki, səfər İran İnqilabının ildönümündə iştirakla bağlı olsa da, İranda baş verən son ixtişaşlar ərəfəsinə təsadüf etdiyinə görə, baş verən hadisələrin obyektiv qiymətləndirilməsi baxımından da əhəmiyyətli olub.

İranda çox yüksək səviyyədə qəbul olunaraq bir çox görüşlər keçirdiklərini bildirən ADP sədri səfərdən müəyyən təəssüratlarla ayrıldıqlarını deyib:

“İran öz siyasətini bir qədər yumşaldaraq. dünyəvi siyasətə keçmək istəyir. Əgər əvvəlki illərdə İrana yalnız dini liderlər, dini təşkilatlar dəvət olunurdularsa, indi digər siyasi partiyaların nümayəndələri də  tədbirlərə dəvət olunur”.

S.Cəlaloğlu bildirib ki, İranda səfərdə olarkən siyasi partiyalarla müəyyən əməkdaşlıq məsələləri də müzakirə olunub. Belə ki, İranın Birlik Partiyasının təşkilatçılığı ilə İslam Ölkələri Dövlətlərinin Partiyalarının birliyi yaradılıb:

“Orada Azərbaycandan yalnız YAP təmsil olunurdu. İndi isə müxalifətdən də bir partiyanın qəbul olunması məsələsi gündəmə gətirilib. Bu ya ADP, yaxud da VİP ola bilər. Hansı partiyanın iştirak etməsi onların qərarından asılı olacaq”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı