Dəmir yolları nağdsız ödənişlərə keçir

10:01 04-09-2020 | icon 533 | İqtisadiyyat
Dəmir yolları nağdsız ödənişlərə keçir

Bu ilin sonunadək "RBC Consulting" şirkəti Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi Bank və VISA ödəmə sistemi ilə birgə "Azərbaycan Dəmir Yolları"nın şəhərətrafı qatarlarında gediş haqlarının təmassız, bank kartları ilə ödənilməsi üzrə layihənin tətbiqini başa çatdırmaq niyyətindədir.

 

Versus.Az xəbər verir ki, bunu "RBC Consulting"in direktoru Rəşad Rəhimov deyib.

 

Onun sözlərinə görə, əvvəlcə yalnız Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda təmassız ödəniş sisteminin tətbiqi planlaşdırılsa da, digər istiqamətlər üzrə də sərnişin axını nəzərə alınmaqla tərəfdaşlar bu layihəni genişləndirməyə qərar verib.

 

R.Rəhimov bildirib ki, layihə gələcəkdə sərnişindaşımanın digər sahələrinə də maraqlı ola bilər. Hazırda layihənin sınaqları keçirilib və şirkətlər bunu ilin sonunadək reallaşdırmağa hazırdır:

 

"Layihənin təqdimatı yayın əvvəlinə planlaşdırılsa da, pandemiyaya görə təxirə salınıb. Təmassız texnologiyalarından istifadə bütün dünyada ödəmə sistemlərinin inkişafı baxımından prioritet istiqamətdir. Bu cür layihə Azərbaycan ərazisində ilk dəfə reallaşdırılır və dəmiryol nəqliyyatında ödəmə üsullarına yanaşmanı qlobal dəyişdirə bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin