Millisinin 7 futbolçusu Lüksemburqla oyunda debüt edə bilər

10:44 04-09-2020 | icon 1110 | İdman
Millisinin 7 futbolçusu Lüksemburqla oyunda debüt edə bilər

Millətlər Liqasının yeni mövsümünə sentyabrın 5-də start verəcək Azərbaycan yığması ilk iki qarşılaşmasına 26 futbolçu ilə hazırlaşır.

 

Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçisi Canni de Byazinin açıqladığı 26 nəfərlik siyahıdan Eddi İsrafilov və Əmir Ağayevin çıxarılması, ehtiyat heyətdən Namiq Ələsgərovla Coşqun Diniyevin dəvətindən sonra say dəyişməyib.

 

Bu futbolçular arasında ən zəngin milli təcrübəsinə malik olan Maksim Medvedevdir. Onun hesabında 60 matç var. Onun “Qarabağ”dakı komanda yoldaşlarından Qara Qarayev 57, Bədavi Hüseynov 49 dəfə şans qazanıb.

 

Hazırkı heyətin ən məhsuldar üzvləri Ramil Şeydayevlə Mahir Emreli 4 qola imza atıb. Maksim Medvedev, Araz Abdullayev və Təmkin Xəlilzadə 3 dəfə fərqlənib.

 

Yığmanın qapıçıları təcrübə baxımından ən zəif yeridir. Emil Balayev cəmi 5 dəfə milli forma geyinib. Onun əvəzləyiciləri – milliləşən legionerlər Şahrudiin Məhəmmədəliyevlə Mehdi Cənnətov hələ debüt etməyib.

 

Debüt anını gözləyənlərdən söz düşmüşkən, heyətdəki oyunçulardan 7-si ilk matçını gözləyir. Qapıçılardan başqa Amin Seydiyev, Elvin Bədəlov, İsmayıl İbrahimli, Rəhim Sadıxov və Şəhriyar Əliyev də hələ yığmada debüt edə bilməyib.

 

Futbolçu

oyun

Qol

Maksim Medvedev

60

3

Qara Qarayev

57

0

Bədavi Hüseynov

49

0

Araz Abdullayev

38

3

Ramil Şeydayev

26

4

Mahir Emreli

19

4

Təmkin Xəlilzadə

17

3

Namiq Ələsgərov

16

0

Emin Mahmudov

14

1

Coşqun Diniyev

8

0

Anton Krivotsyuk

7

0

Rəhman Hacıyev

7

0

Bəhlul Mustafazadə

6

0

Renat Dadaşov

6

0

Emil Balayev

5

-8

Abbas Hüseynov

3

0

Adil Nağıyev

1

0

Elvin Camalov

1

0

Ömər Buludov

1

0

Amin Seydiyev

0

0

Elvin Bədəlov

0

0

İsmayıl İbrahimli

0

0

Mehdi Cənnətov

0

0

Rəhim Sadıxov

0

0

Şahrudin Məhəmmədliyev

0

0

Şəhriyar Əliyev

0

0

 

Komandanın ilkin 8 nəfərlik ehtiyat heyətindən Namiqlə Coşqun sonradan hazırlığa cəlb olunub. Digər altı oyunçu isə hələ də dəvət gözləyir.

 

Səlahət Ağayev

19

-24

Rəşad Eyyubov

7

0

Mirabdulla Abbasov

3

0

Vüsal İsgəndərli

1

0

Azər Salahlı

0

0

Ozan Can Kökçü

0

0

 

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Lüksemburq, üç gün sonra Kiprlə üz-üzə gələcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı