Paşinyanın gülünc və sərsəm iddiası

18:24 24-07-2018 | icon 564 | Siyasət
Paşinyanın gülünc və sərsəm iddiası

"Ermənistanın əsl erməni xarakterli, iküzlü baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazırdır".

 

Versus.Az xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Nikol Paşinyanın jurnalistlərə açıqlamasındakı fikirlərə münasibət bildirərkən deyib.

 

Qeydedək ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki: "Biz danışıqlar aparmağa hazırıq. Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var. Görüş və danışıqlar çox xeyirlidir. Biz hər şeyi həll etmək üçün səylərimizi davam etdirməyə hazırıq. Həll atmosferi vacibdir. Biz bu atmosferi pozacaq addımlar atmırıq”.

 

"Təsəvvür edin, adam 1 həftə öncə deyir ki, həll atmosferi vacibdir və biz bu atmosferi pozacaq addımlar atmırıq. Lakin 1 həftə sonra keçirdiyi mətbuat konfransında isə tam tərsinə mövqe tutur və Azərbaycandan Qarabağ münaqişəsinin həllində güzəştlər tələb edir. Belə ki, Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, "öncə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin. Sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər". Bu cür gülünc və sərsəm iddia Qarabağ münaqişəsinin sülh yoluyla həll atmosferini pozacaq addım deyilsə, bəs nədir?" deyə, Ə.Hüseynov vurğlayıb.

 

Partiya sədri qeyd edib ki, Paşinyanın yan-yörəsindəki debillər və müharibə "qarğa"ları bu adama anlatsınlar ki, onun Azərbaycandan güzəştlər siyahısı tələb etməyə heç bir mənəvi-siyasi ixtiyarı yoxdur, bu münaqişənin həlli prosesində ön şərtlər irəli sürə biləcək və güzəştlər tələb edə biləcək yeganə tərəf varsa o da Azərbaycandır və Paşinyanın bu tələbi başını itirmiş bacarıqsız siyasətçinin növbəti təxribatıdır: "Paşinyan əsl erməni demaqoqudur".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi