“Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atmaq istəyirlər"

11:53 04-09-2020 | icon 279 | Siyasət
“Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atmaq istəyirlər"

Azərbaycan üçün Dağlıq Qarabağdakı separatçı liderin fikri heç bir əhəmiyyət kəsb etmir. Arutunyan nə müharibəni aparacaq, nə də gələcəkdə sülh sazişini imzalayacaq şəxsdir. O, heç kimdir.

 

Versus.az xəbər verir ki, bunu politoloq Fikrət Sadıqov Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyanın “Realist olaq – danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır” bəyanatına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Araik Arutyunyanı heç kim saya salmır:

 

“Onun dediklərinə heç kim fikir vermir. Arutunyan sadəcə olaraq işğal olunmuş ərazilərdəki separatçıların başçısıdır. Daha dəqiq desək, separatçı rejimdə növbəti dəstə başçılarından biridir. Azərbaycan onunla nə müharibə aparır, nə də danışıqlara gedir. Çünki müharibə separatçılarla aparılmır. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın işğal altında yerləşdirilən silahlı birləşmələr Ermənistan qoşunlarıdır”.

Politoloqun fikrincə, bütün beynəlxalq təşkilatların da qəbul etdiyi fakt budur:

“Dağlıq Qarabağdakı separatçı qurumu heç kəs dövlət kimi tanımır. Heç tanımaq fikrində də deyil. Yəni Arutunyanın bəyanatları boş ifadələrdir. Heç bir məntiqə uymur. Əslində onun bu kimi boş bəyanatları bizi maraqlandırmır. Separatçı liderin hər hansı bir bəyanatı vəziyyəti dəyişmək gücündə deyil”.

Fikrət Sadıqov onu da xüsusi vurğulayıb ki, Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların əsas məqsədi Azərbaycana qarşı təxribatlar törətməkdir:

“Onlar Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atmaq istəyirlər. Sivil əhalini hədəf almağa çalışırlar. Bu, ermənilərin əsas hərbi taktikası, üslublarıdır. Həmişə Azərbaycan tərəfi onlara öz yerini göstərir. Bizim bunlara əbədi olaraq dözmək fikrimiz yoxdur”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol