Ramiz Mehdiyevin yerinə sədr seçiləcək

13:41 04-09-2020 | icon 1869 | Gündəm
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək

 

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxın vaxtlarda iclasının keçirilməsi gözlənilir.

 

Versus.az oxu.az-a istinadən xəbər verir ki, iclasda Komissiya üzvləri özlərinə sədr seçəcəklər.

 

Bununla yanaşı, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin müzakirə edilməsi gözlənilir.

 

Qeyd edək ki, Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunur.

Milli Məclisin 2020-ci il 5 iyun tarixli qərarı ilə deputatlar Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev Komissiyanın üzvü təyin edilib.

Avqustun 26-da Konstitusiya Məhkəməsi Komissiyaya Baş prokuror Kamran Əliyevi üzv təyin edib. K.Əliyev bu vəzifədə keçmiş baş prokuror Zakir Qaralovu əvəzləyib.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov da Komissiyanın üzvləridir.

Avqustun 31-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Komissiyaya üzv təyin olunublar.

Qeyd edək ki, həmin vaxta qədər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olub.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2004-cü ilin 3 martında yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqanın funksiyalarını həyata keçirir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...