Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edildi

10:59 25-07-2018 | icon 481 | Gündəm
Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edildi

Azərbaycanda Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilib.

 

Bu dəyişikliklərə əsasən, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı adlı qurum da əlavə edilib.

 

Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Aparatı, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatı, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Aparatı və Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Aparatı fəaliyyət göstərirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol