Ölümlə nəticələnən yol qəzaları

22:00 04-09-2020 | icon 911 | Hadisə
Ölümlə nəticələnən yol qəzaları

Daxili İşlər Nazirliyi paytaxtda baş verən yol qəzaları barədə məlumat yayıb.

 

Versus.az xəbər verir ki, sentyabrın 3-də saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Zahir Mirzəyev idarə etdiyi mopedi qarşıda gedən Bakı şəhər sakini T.Əsədovun idarə etdiyi “JAC” markalı yük avtomobilinə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Z.Mirzəyev orada ölüb.

Bundan başqa, cari il avqust ayının 31-də saat 21 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında velosiped sürən paytaxt sakini, 12 yaşlı Elmir Kərimzadəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq sentyabrın 3-də orada ölüb.

Cari il iyul ayının 15-də Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini İ.Əsgərov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Famil Əsədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı