Firdovsi Umudov: "Türkiyə ilə qardaşlığımızı idman sahəsində də görmək mümkündür"

15:28 05-09-2020 | icon 902 | İdman
Firdovsi Umudov: "Türkiyə ilə qardaşlığımızı idman sahəsində də görmək mümkündür"

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosu qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirin diqqətinə çatdırıb. Dövlətimizin rəhbəri səfiri qəbul edərkən qətiyyətli mövqeyimizi ortaya qoyub. Prezident Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini də qəti şəkildə dəstəklədiyimizi diqqətə çatdırıb.

 

Versus.az yerli mediaya istinadən bildirir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov "Facebook" hesabında yazıb. O qeyd edib ki, Azərbaycanın Türkiyə ilə qardaşlığını təkcə hərbi və enerji sahəsində deyil, idman sahəsində görmək mümkündür: "Qeyd edim ki, bu qardaşlığı, tərəfdaşlığı təkcə hərbi və enerji sahəsində deyil, idman sahəsində görmək mümkündür.

 

Hətta bu qardaşlıq idmançılarımız arasında da özünü aydın şəkildə biruzə verir. Baxın, dünya idman arenlarında rəqibləri üzərində qələbə qazanan pəhləvanlarımız öz zəfər sevinclərini bölüşərkən . Elə bu formada da xalça üzərində dövrə vururlar. Bunun çoxsaylı nümunələAzərbaycan və Türkiyə bayraqlarını qoşalaşdırıb, başları üzərinə qaldırırlarri var.

Şübhəsiz ki, Azərbaycan və Türkiyə qardaşlığının bu günədək yaşamasında, inkişafında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduqca müstəsna xidmətləri var.

Eyni zamanda Türkiyə rəhbərliyi də bu qardaşlığa daim can atıb, atır. Bu da Ulu Öndərimiz Heydər Əliyevin dillər əzbərinə çevrilmiş kəlamında dediyi kimi, bizim bir millət iki dövlət olmağımızdan irəli gəlir. İki bədəndə bir can, Türkiyə - Azərbaycan!"

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI