“Seçkilərdə iştirak edəcəyik, amma…

13:56 19-02-2018 | icon 536 | Siyasət
“Seçkilərdə iştirak edəcəyik, amma…

“Biz özünütəcridin düzgün olmadığını qeyd edirik”

Fevralın 18-də  Vətəndaş və İnkişaf Partiyasının Məclisi təxirə salınmış iclasını davam etdirərək, seçkilərdə iştirak haqqında qərar qəbul edib. VİP eyni zamanda seçkiləri boykot etmiş və seçkilərə qatılmamaq qərarı vermiş bütün tərəflərin mövqeyinə hörmətlə yanaşdığını bəyan edib.

Bu barədə Versus.Az-a Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev 11 aprel 2018 ci il tarixdə keçiriləcək Prezident seçkilərində iştirakla bağlı açıqlamasnda bildirib. O, prezident seçkilərində namizədliyinin irəli sürülməsinin hələ 2017-ci il may ayının 28-də keçirilən VİP-in IV Qurultayında bəyan olunduğunu önə çəkib. Hansı ki, həmin vaxt hələ prezident seçkilərinin oktyabrda keçirilməsi nəzərdə tutulurdu:

“VİP hələ ötən ilin iyul-avqust aylarında növbədənkənar seçkilərin keçirilməsi və hakim partiyanın yeni namizədlə seçkilərə qatılacağı ilə bağlı öz ehtimallarını səsləndirib. Hadisələrin inkişaf trayektoriyası təsdiq etdi ki, bu ehtimallarımızda tam da olmasa, qismən yanılmamışıq. Yanlış ondan ibarətdir ki, YAP yeni namizədi hələlik irəli sürməyib. Lakin çox böyük ehtimalla, idarəçilikdə bu yöndə ciddi dəyişikliklərin şahidi olacağıq. Belə şəraitdə növbədənkənar seçkilərdə iştirak edib-etməmək məsələsi mühüm mahiyyətli müzakirə mövzusuna çevrilib”.

 “2018-ci il seçkilərindən imtina az başa düşüləndir”

VİP sədri seçkilərdə iştirakın üstünlüklərini sadalamaqla müəyyən nüansları açıqlayıb:

“Müxalifətin 1998 və 2008-ci il Prezident seçkilərini boykot təcrübəsi var. Bu siyasətin nəticəsini cəmiyyətimiz “dadıb”. Fikrimizcə, prosesdən kənarda duraraq seçkilərə qeyri-legitimlik fonu vermək təşəbbüsünün nəticəsizliyini həm görmüşük, həm də siyasi baxımdan legitimsiz siyasi institutun – Prezidentin imzaladığı sənədlərlə yaşamı qəbul etmək zorunda qalıb, faktı qəbul etmişik. Demək olar ki, 2013-cü ilin hüquqi və siyasi şərtlərindən əsasən heç nə ilə fərqlənməyən 2018-ci il seçkilərindən imtina az başa düşüləndir. Hesab edirik ki, seçkinin yaratdığı kommunikasiya imkanları cəmiyyəti maarifləndirmək, baş verənləri izah etmək, təslim olmadığımızı nümayiş etdirmək baxımından prosesdən kənar imkanlardan daha təsirlidir. Biz özünütəcridin düzgün olmadığını qeyd edirik”.

Ə.Əliyev bəyan edib ki, proses zamanı sərbəst imza toplamaq, qeydiyyata alınmaq, alınarıqsa, təbliğat və təşviqat qurmaq kimi işlərdə maneçiliklərlə üzləşmək kimi təcrübələri genişdir. Partiya sədri bildirib ki, bu seçkidə belə acı təcrübənin şahidi olarlarsa, seçki prosesini dayandırıb boykot etmək, əhalini bu prosesə təşviq etmək səlahiyyətini özlərində saxlayacaqlar:

“Seçkidə iştirak qərarı verərkən, hansı qüvvə və düşüncə tərzi ilə üz-üzə olduğumuzu hesablamışıq. VİP-in yaranışından keçən 13 il ərzində YAP-ın bizi hər seçkidə “dışladığının”, bizim isə bütün proseslərdə prinsipial və birmənalı “tanımırıq” mövqeiyindən çıxış etdiyimizi hamı görüb”.

Ə.Əliyev açıqlamasında hakim partiyanı zəiflətmək üçün seçkidən imtina və iştirak qərarı verənlərin konsolidasiyasına ehtiyac olduğunu bildirib:

“Bütün müstəvilərdə koordinasiya zəruridir. Seçkilərə neytral münasibətdə olan, iştirak etməmək barədə qərar vermiş partiyaların bizim qərarı dəstəkləməyə, prosesə qatılmış müxalifət namizədlərinin isə qeydiyyat mərhələsindən sonra birgə fəaliyyət perspektivlərini bir daha nəzərdən keçirməyə çağırırıq. Tutduğu mövqeyindən asılı olmayaraq, bütün müxalif siyasi qüvvələrə seçkilərlə bağlı uğur arzulayırıq. Uca Allah xeyirlisi nədirsə, onu Millətə nəsib etsin”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı