Kliniki ölüm keçirən qadın “Cəhənnəmə səfərindən” danışdı

09:17 08-09-2020 | icon 513 | Maraqlı
Kliniki ölüm keçirən qadın “Cəhənnəmə səfərindən” danışdı

Yüksək dozada narkotik qəbul etdiyi üçün kliniki ölüm keçirən pasiyent “Near Death Experience Research Foundation” fonduna (“Ölüm Təcrübəsini Araşdırma Fondu“) “Cəhənnəmə səfərindən” danışıb.

 

“Express”in məlumatına görə, Fransin adlı qadın ilk əvvəl öz cismi üzərində pərvaz etdiyini gördüyünü deyib:

 

“Onların məni diriltməyə çalışdıqlarını izləyirdim. Birdən ətrafımı dəhşətli canlılar bürüdü, mən onları “qaranlıq mələklər” adlandırıram. Onlar qafiyə ilə dedilər: “İşıqdan qaranlığa”. Qafiyənin qalan hissəsini xatırlamıram”.

 

Fransinin sözlərinə görə, qaranlıq varlıqlar onu bir heç olana qədər hissələrə parçaladılar.

 

“Biz sözün əsl mənasında xəstəxananın salonlarından keçdik və damına uçduq. Sonra cəhənnəmə düşdüm və kürəyi üstə uzandım. Başqa ruhların fəryadlarını və ağrılarını eşidirdim. Qəzəbli bir varlıq məni dindirirdi və bu, əbədiyyətə qədər uzandı. O, nəyə inandığımı və kimə ibadət etdiyimi bilmək istəyirdi”, - deyə qadın etiraf edib.

 

Fransin əvvəlcə onlardan qorxduğunu, sonra itaət etməyi dayandırdığını və geri qayıtmaq üçün onları inandırmağa çalışdığını deyib:

 

“Mən İsa Məsihə inandığımı və onun mənə zərər verəcəyini düşünmədiyimi dedim. Sonra qəfil cəhənnəmi tərk etdim”.

 

Bundan sonra qaranlıq varlıqlar Fransinə bütün həyat yolunu göstərərək, etdiyi səhvlərə diqqətini çəkiblər.

 

“Bu düzəliş o qədər təfərrüatlı idi ki, hətta kiməsə pis baxışımın olduğu anları göstərdilər. Davranışımın başqalarına necə zərər verdiyini nümayiş etdrdilər, başqalarını daha çox sevməyim lazım olduğunu bildirdilər”, - deyə qadın qeyd edib.

 

Sonda qadın özünü anasının bətnində hiss edib.

 

“Mən dünyaya gələnə qədər hər şey sakit idi. Mənə dünyanın ilk şərinin doğumu həyata keçirən həkimin “Budur, daha bir balaca fahişə dünyaya gəldi”, - deməsi ilə başladığını dedilər. Mən bunu eşitdim və çox kədərləndim. Bundan sonra mən minlərlə dəfə öldüm və dirildim. Bu sonsuzluq əsl cəhənnəm idi və bunun bitməsini istəyirdim”, - deyə Fransin bildirib.

 

Bəzi tədqiqatçılar, xəstənin izah etdiyi şeylərin normal bir fenomen olduğuna inanırlar. Onların fikrincə, belə bir təcrübə mütləq şəkildə insanın cənnəti, cəhənnəmi və ya ölümdən sonrakı həyatı gördüyü anlamına gəlmir.

 

“Bu, sağ qalma texnikası üçün beynin özünü skan etməsi də ola bilər”, - deyə Nyu-Yorkun Langon Tibb Məktəbinin reanimasiya və həyata qaytarma tədqiqatlarının direktoru Dr.Sem Parniya bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol