Tarixə qara ləkə olan erməni xisləti

14:44 08-09-2020 | icon 516 | Tarix
Tarixə qara ləkə olan erməni xisləti

Erməni xislətindəki satqınlıq, xəyanət, başqasının torpağına göz dikmək tarix boyu özünü biruzə verib. Özlərini “bədbəxt”, “bəxtsiz” adlandıran bu toplum yersiz torpaq iddiaları ilə bütün dövrlərdə tarixə qara ləkə yaxmaqla məşğul olublar. Amma zaman-zaman bu yersiz və mənasız iddialara layiqincə cavab verilib. Bir çox hallarda özləri özlərini “qara qəpiyə” satan, güdaza verən ermənilər 1930-cu illərdə öz saxta tarixlərinə daha bir şərəfsiz fakt həkk ediblər.

 

1936-cı ilin iyul ayında Ermənistanın birinci katibi Ağasi Xanciyan Zaqafqaziya Birləşmiş Respublikalarının birinci katibi Lavrenti Beriyanın qəbuluna gələrək, ondan Gürcüstanın Cavaxetiya bölgəsinin Ermənistana verilməsini xahiş edib. Erməni katib Beriyanın kabinetinə əliboş gəlməyib, özü ilə qədim fars xalçası da gətirib. Bu hədiyyə və Xanciyanın xahişi Beriyanı o dərəcədə qəzəbləndirib ki, o, iş masasının siyirtməsindən tapançanı çıxararaq Xanciyanı kabinetdəcə güllələyib, onu gətirdiyi xalçaya bükərək şəhər kənarındakı quyuya atıblar.


Xanciyanın ölüm səbəbi ictimaiyyətə, o cümlədən Kremlə intihar kimi təqdim edilib. Bu hadisədən sonra Beriya Ermənistanın ikinci katibi Amatuni Vartapetyana Xanciyan haqqında geniş bir arayış yazmağı göstəriş verib.

Xanciyanla Vartapetyan uzun illərin dostları olublar, eyni binada yaşayıblar, ailələri bir-birləri ilə dostluq münasibətində olub. Bütün bu münasibətlərə baxmayaraq, Amatuni Vartapetyan Xanciyan haqqında yazdığı 12 səhifəlik arayışda onu xalq düşməni adlandırıb, antisovet fəaliyyətdə, trotskiçi olmaqda günahlandırıb. Sözsüz ki, Vartapetyan dostunu əsaslı, yaxud əsassız ittiham etməklə, satmaqla Ermənistanın birinci katibi olmağa can atıb və istədiyinə nail olub. O, 1936-cı ildə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Amatuni Vartapetyan 1900-cü ildə Gəncədə anadan olub, 1920-1923-cü illərdə Gəncədə və Şəmkirdə komsomol katibi vəzifəsində işləyib. 1924-cü ildə Zaqafqaziya diyar komsomolunun birinci katibi vəzifəsinə irəli çəkilib. Sonrakı fəaliyyətini Ermənistanda davam etdirən Amatuni Vartapetyan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat şöbəsinin müdiri, İrəvan Partiya Komitəsinin katibi vəzifələrində işləyib.

1935-ci ildə Amatuni Vartapetyan Beriyanın təşəbbüsü ilə Bakı şəhər Partiya Komitəsinin ikinci katibi təyin edilib. Bu vəzifədə yeddi ay işlədikdən sonra 1935-ci ilin oktyabrında Ermənistanın ikinci katibi vəzifəsinə təyinat alıb.


Xanciyandan sonra birinci katib təyin olunan Vartapetyanın respublika rəhbəri kimi fəaliyyəti İosif Stalini qane etməyib. Kremlə Ermənistandan daxil olan çoxsaylı məktublarda şikayətlərin arası səngiməyib.

Amatuni Vartapetyan Ermənistanda prokurorluğun və güc strukturlarının fəaliyyətini minimum həddə qədər məhdudlaşdırıb. Ölkənin əsas qurumlarından biri sayılan “NKVD”-nin səlahiyyətlərini öz əlinə alıb. O, şəxsi zəmində problemi olan insanları repressiya siyahılarına salmaqla qisas alıb. Kadr islahatlarına xüsusi yer ayıran Vartapetyan yüksək vəzifələrə ən yaxın adamlarını təyin edib. Respublikanın bütün sahələrində onun mütləq hakimliyi qabarıq şəkildə özünü büruzə verib.

Ermənilərin Moskvadakı əsas hamisi olan Anastas Mikoyan da Vartapetyanın fəaliyyətdən narazı qalıb, hətta bir neçə dəfə ona xəbərdarlıq da edib. Stalinin Vartapetyana olan mövqeyini yaxşı bilən Mikoyan Mərkəzi Komitənin iclaslarında onunla bağlı məsələ qaldırıb. Bu məsələdə Mikoyan ikibaşlı oyuna girişib. Birinci planı bu olub ki, Vartapetyanı tənqid etməklə Stalinə xoş gəlsin. İkinci planı isə Vartapetyanı vəzifədən uzaqlaşdırmaqla öz qudasını- Arutinovu birinci katib vəzifəsinə gətirmək istəyi oги.


Mikoyanın planları gerçəkləşib. Belə ki, 1937-ci ilin sentyabrında Mikoyan Stalinin razılığını alaraq Ermənistana səfər edib. Georgi Malenkov da Mikoyanla birlikdə İrəvana yola düşüb. Gözlənilməyən qonaqların gəlişi ilə təcili plenum çağırılıb. Respublikadakı vəziyyət müzakirə edilib, Mikoyan və Malenkov Amatuni Vartapetyanın fəaliyyətini kəskin tənqid ediblər. Birinci katib kürsüyə çıxaraq Moskva nümayəndələrinin ittihamlarının əsasız olduğunu bildirib, Kremlin Ermənistana bu cür münasibətini qərəzli sayıb. Bu çıxışla da Vartapetyan özü öz siyasi karyerasına son qoyub. Plenumdan sonra bütün Ermənistan rəhbərliyi, birinci katib, ikinci katib, xalq komissarları sovetinin sədri və bir sıra yüksək vəzifəli şəxslər həbs ediliblər. Amatuni Vartapetyanın siyasi fəaliyyətini araşdırmaq “NKVD”-yə həvalə olunub.

Bir ilə yaxın davam edən istintaqdan sonra cinayət işi SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdim olunub. 1938-ci ilin iyul ayında məhkəmənin hökmü ilə Amatuni Vartapetyan əks-inqilabi fəaliyyətdə ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Məhkəmənin hökmü həmin gün icra olunub.

Anastas Mikoyan isə öz istədiyinə nail olub. Tiflis Partiya Komitəsinin birinci katibi, Beriya ilə dost münasibətində, Mikoyanla isə quda olan Qriqori Arutinov Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin olunub. Arutinov uzun illər Beriyanın və Mikoyanın himayəsi altında 1953-cü ilə qədər Ermənistanda öz birinciliyini qoruya bilib. Beriyanın həbsindən sonra Mikoyanın təkbaşına onu müdafiə etməsi mümkün olmayıb.

Göründüyü kimi SSRİ-də ermənilərin vəzifə ambisiyası bir-birlərini satmaqla, həbs etdirməklə nəticələnib. Bu işin başında isə Kreml məmurları arasında hiyləgərliyi ilə fərqlənən Anastas Mikoyan dayanıb./Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı