Rusiyada günəbaxan yağının kəskin bahalaşacağı gözlənilir

15:36 08-09-2020 | icon 470 | İqtisadiyyat
Rusiyada günəbaxan yağının kəskin bahalaşacağı gözlənilir

Rusiyada günəbaxan yağı və tumlarının zəif məhsuldarlıq səbəbindən 20% bahalaşacağı gözlənilir.

 

Versus.az  xəbər verir ki, görə, bu barədə aqrar bazarların tədqiqatı ilə məşğul olan "SovEkon" şirkətinin analitiklərinin hazırladığı icmalda deyilir.

 

Qeyd olunub ki, bahar və yay mövsümlərinin quraq keçməsi səbəbindən məhsuldarlıq azalıb – fermerlər günəbaxan toxumlarını əkdiklərindən 20-25% az toplayırlar. Əksər bölgələrdə biçin artıq başa çatıb. Ötən həftənin sonuna Rusiyada hər hektardan 1,6 ton məhsuldarlıq olmaqla 0,6 mln. hektar günəbaxan biçilib ki, bu da ötən ilə nisbətən 28% azdır. Nəticədə, 2020-ci ildə günəbaxan məhsulu təxminən 23% azalacaq və Rusiya üzrə ümumi məhsul yığımı təxminən 12 mln. ton olacaq.

"Yaxın gələcəkdə Rusiyada günəbaxan qiymətləri kəskin artmağa başlayacaq", - icmalda deyilir.

Ötən həftənin yekununda Rusiya bazarında 1 ton günəbaxanın orta qiyməti ƏDV xaric 22,575 rubl (297 dollar) təşkil edib. Şirkətin mütəxəssisləri yaxın gələcəkdə ən azı 20%-lik bahalaşmanın olacağını gözləyirlər.

Qeyd edək ki, 2019-cu ildə Rusiya rekord həcmdə – 2,2 mlrd. dollar dəyərində 3,1 mln. ton günəbaxan yağı ixrac edib. 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 3,6 mln. ton günəbaxan yağı istehsal olunub ki, bunun da 2,3 mln. tonu ixraca yönəlib (ötən ilin eyni dövrünə nisbətən 35,3% çox).

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyadan dəyəri 19,5 mln. dollara yaxın 25,7 tondan çox günəbaxan yağı idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 14,7% və 21,1% azalıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı