“Bu cinayətkarların küçədə gəzmələri insanların ədalətə olan inamını məhv edib”

15:43 08-09-2020 | icon 1065 | İqtisadiyyat
“Bu cinayətkarların küçədə gəzmələri insanların ədalətə olan inamını məhv edib”

Mürvət Həsənli: “Onlar ordumuzun maddi dəstəyini, qocalarımızın təqaüdünü, uşaqlarımızın gələcəyini oğurlayıblar”

 

“Vətənimiz sensasiyalı həbslər və çinayət işləri ilə çalxalandığı bir gündə mən də saxtakarlığın, dələduzluğun, başqasının əmlakını yeyib dağıtmağın ən "parlaq" nümunəsi olan bir cinayət işi haqqında geniş məlumat aldım. Fəxr ediləsi bir insan olan Nazim Tahirov və vəkil Bəylər Məmişovla görüşdüm. Məhkəmə protokolları əsasında da öz təsdiqini tapmış faktlar məni heyrətə gətirdi”.

 

Versus.Az xəbər verir ki, bunu özünün “facebook” hesabında tanınmış iş adamı, iqtisadçı Mürvət Həsənli bildirib.

 

Mürvət Həsənli “Azoilkomplekt” şirkətinin sahibi Sərraf Məmmədzadənin, onun əlaltısı Abbas Qasımovun məlum cinayət işində zərərçəkmiş kimi iştirak edən Nazim Tahirov və onun vəkili Bəylər Məmişovdan aldığı məlumatları paylaşıb:

 

“Azoilkomplekt” şirkətinin sahibi Sərraf Məmmədzadənin, onun əlaltısı Abbas Qasımovun Nazim Tahirovun 530 mm diametrli borularını hansı sxemlə ələ keçirdiklərini mənə izah etdilər. Bu oğurlanmış boruların özünü məhkəmədə "mən neft şirkətinin qeyri-rəsmi maliyyə məsələlərini həll edirdim" deyən bir adamın iştirakı ilə satıb, pulu böldükləri açıq-aydın ortada olduğu halda, bu cinayətkarların küçədə gəzmələri insanların ədalətə olan inamını məhv edib.

 

 

Bu ayrılmaz cütlük - Məmmədzadə Sərraf, Qasımov Abbas - bu ölkədə əskərliyə də getməyən, bir gün belə iş stajı olmayan uşaqlarına 3 500 000$ dəyərində binalar alanda, azadlıqda gəzəndə, insanlar ədalətə necə inansınlar?

Bu cinayətkarlar, ayrı-ayrı adamların malını oğurlamayıblar, bunlar ordumuzun maddi dəstəyini, qocalarımızın təqaüdünü, uşaqlarımızın gələcəyini oğurlayıblar.

Allah Nazim Tahirov kimi vicdanlı insanların oğurlanan pulundan bir başa və ya dolayı bəhrələnənlərin hamısının bəlasını versin, bunlar ermənidən betərdilər”.

 

Daha sonra Mürvət Həsənli yazır:

 

“130080238 №-li cinayət işi çərçivəsində Nazim Tahirovun Rusiyanın Vıksa boru zavodundan alaraq Azərbaycana gətirdiyi 530mm ölçülü boruların Sərraf Məmmədzadə və onun köməkçisi Abbas Qasımov tərəfindən  ələ keçirilib, ARDNŞ-ə satışı faktlarının  istintaq zamanı ört-basdır edilməsi haqqında yazıb.

Görünür ki, 130080238 №-li cinayət işindəki subyektlərin bilərək və ya səriştəsizlikdən törətdikləri qeyri-hüquqi problemlərin, qeyri prosessual münasibətlərin əks-sədasını Avropa İnsan Haqları Məhkəməsindən, BMT İnsan haqları komissarlığından, hətta Rusiya Xarici İşlər nazirliyindən eşidəcəyik”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı